• Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
  • Donuzlardan insanlara qaraciyər transplontasiyası… DƏHŞƏT…
    Donuzlardan insanlara qaraciyər transplontasiyası&
  • Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
    Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70
  • Çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
    Çərşənbə və cümə axşamı günlərində temperaturun mə
  •  AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub oldu
     AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub ol
  •  Moskva aeroportlarında 20-dən çox reys təxirə salınıb- SƏBƏB İSƏ…
     Moskva aeroportlarında 20-dən çox reys təxirə sal
“Bir-birinizi satmayın…” – Fəxrəddin Manafov teatrdan gedib?
“Bir-birinizi satmayın…” – Fəxrəddin  Manafov teatrdan gedib?
Xəbərlə. info Qafqazinfoya istinadən xəbər verir ki :Ötən gündən etibarən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə yaranan müzakirələr böyüməyə başlayıb.  Məlumatı ilk dəfə tanınmış aktyor Hikmət Rəhimov...
5 December 2018 15:03
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Xəbərlə. info Qafqazinfoya istinadən xəbər verir ki :Ötən gündən etibarən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə yaranan müzakirələr böyüməyə başlayıb. 

Məlumatı ilk dəfə tanınmış aktyor Hikmət Rəhimov sosial şəbəkədə yaysa da, nə Rus Dram Teatrı, nə də xalq artisti informasiyanı təsdiqləyib. Teatr aktyorun ştatda olduğunu qeyd edib, Manafov isə telefonlara cavab verməməklə mövzudan yayınıb. 

H. Rəhimov yenidən status yazaraq məşhur aktyorun teatrdan getməsinə aydınlıq gətirib: “Fəxrəddin Manafovun teatrdan getməyi haqqında yazdığım status mənə əziz olan həmkarlarımı əsəbiləşdirib. Gəlin, məsələyə daha ətraflı yanaşım. Əvvəla, mən Fəxrəddin Manafovun şəxsiyyəti haqda heç nə yazmamışam, yazmaram da. Ən azından çörəyini yediyi və kinolarında çəkildiyi Rüstəm İbrahimbəyov haqqında son dediklərinə görə…

O vaxt da nəsə yazmaq istədim, sonra lənət şeytana dedim. Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməyini müqayisə etmək belə ən azından sadəlöhvlük olar. Əqidə baxımından Fuad müəllimə çatmaq mümkünsüz bir şeydir. Fəxrəddin bəy indiyə qədər teatr və kino sahəsində baş verənlərə bir ziyalı olaraq heç vaxt münasibət bildirməyib. Açığı heç gözləmirdim də. Səsləndirdiyi tək fikir Rüstəm İbrahimbəyov haqqında olub. Öz işidir və marağıdır. Yəqin ki, marağı müqabilində mükafatnı da alıb, ya da alacaq. İndiyə qədər bir gənc istedadlı insana dəstəyini də görməmişəm.

F.Manafov əsl aktyordur. Bunu danmaq nadanlıq olar və günahdır. Hər halı ilə bu insan teatrda olmalıdır. Çünki bu insanın peşəsini sevənlər var. Yeri gələndə, onun teatrda nazı ilə də oynamalıdırlar. Bu baxımdan ehtiyacı olmasa belə, Fəxrəddin bəyə dəstək olmaq istədim və dəstəyəm də. Baxmayaraq ki, mən teatrdan gedəndə fikir də bildirmədi. 

Sonda bunu da qeyd edim ki, mən indiyə qədər Fəxrəddin Manafovla salamlaşmamışam. Buna da əsasım var. Bir kiçik olaraq yaşca böyük aktyora dəstəyəm. Çünki teatr sistemi həmkarlarımı çürüdür. Özünüzü qoruyun, bir-birinizi satmayın! Onsuz da çox azsız”.

Şərh üçün bağlıdı..