• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Xatirə İslamdan Murad Dadaşovla bağlı SƏRT SÖZLƏR – RÜSVAY ETDİ
Xatirə İslamdan Murad Dadaşovla bağlı SƏRT SÖZLƏR – RÜSVAY ETDİ
Xəbər verdiyimiz kimi, dünən “Altın kelebek” mükafatı uğrunda seçim konserti baş tutub. Müğənni Xatirə İslamla konsertin təşkilatçısı “M Group Production” arasında qalmaqal baş verib.  “Xəbərlə.info” Publika.az -a istinadən xəbər verir ki,...
3 December 2018 10:07
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Xəbər verdiyimiz kimi, dünən “Altın kelebek” mükafatı uğrunda seçim konserti baş tutub. Müğənni Xatirə İslamla konsertin təşkilatçısı “M Group Production” arasında qalmaqal baş verib.

 “Xəbərlə.info” Publika.az -a istinadən xəbər verir ki, konsertin təşkilatçılığından narazı qalan artist İnstaqramdan canlı yayım açaraq Murad Dadaşovu kəskin tənqid edib. Buna səbəb dünən “M Group Production”un təşkilatçılığı ilə keçirilən “Altın Kelebek” ödüllərinin seçim konsertindəki çıxışının yarımçıq kəsilərək yerinə efirdə reklam verilməsi olub:

“Lazım idimsə, niyə ifamı kəsib yerinə reklamlar verdiniz? Yox, əgər lazım deyildimsə, niyə mənə bu qədər zəng edib ora dəvət edirdiniz? Lazım deyildimsə, sadəcə 6 müğənni dəvət edərdiniz. Məni niyə çağırmışdınız?

Günorta saatlarından gözəllik salonunda olmuşam. Niyə körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə sərf etməliyəm? Bunun müqabilində mənə qarşı belə etməlisiniz ki? Bu, nə hörmətsizlikdir?! Bu kimin günahıdır? Bilmirəm, bu efirin, ya təşkilatçıların günahıdır…”

Konsertə Murad Dadaşovun dəvətilə qatılan müğənni heç bir qonorar almadığını da dilə gətirib: “Bu gün o tədbirdə 40 dərəcə temperaturla iştirak etmişəm. Murada söz verdiyimə görə heç nəyi bildirmədən ora qatılmaq istədim. Ümumiyyətlə, deyim ki, mən o cür tədbirlərdə oxumağa getmirəm. Gedəndə də çox yüksək qonorar alıram. Əgər minlərlə bilet sataraq insanlar toplamısınızsa, onların qarşısında təmənnasız oxuyuramsa, siz mənim ifamı kəsməməlisiniz. Müğənniyə hörmət etməlisiniz. Çünki o müğənni ora qonorarsız gəlmişdi”.

Şərh üçün bağlıdı..