• UEFA “Qarabağ”a 781 min avro ödədi
    UEFA “Qarabağ”a 781 min avro ödədi
  • Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır – Əvvəlcə ermənilər gələcək
    Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıq
  • Çində divarlarında Quranın bütün surələri yazılmış məscid üzə çıxdı-Gözlənilməz…
    Çində divarlarında Quranın bütün surələri yazılmış
  • Qubanın dağlıq kəndlərinə ilk qar yağıb- FOTO
    Qubanın dağlıq kəndlərinə ilk qar yağıb- FOTO
  • SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı
    SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyana
  • Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı
SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı
Saytda reklam ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şuranın 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb.  XEBERLE.İNFO həmin bəyanatı təqdim edir: “Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19...
21 October 2019 16:20
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şuranın 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb. 

XEBERLE.İNFO həmin bəyanatı təqdim edir:

“Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19 keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir. Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılması təmin etməyə çağırırıq.

İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir. Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək isləyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir. 

Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir”.

Şərh üçün bağlıdı..