• UEFA “Qarabağ”a 781 min avro ödədi
    UEFA “Qarabağ”a 781 min avro ödədi
  • Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır – Əvvəlcə ermənilər gələcək
    Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıq
  • Çində divarlarında Quranın bütün surələri yazılmış məscid üzə çıxdı-Gözlənilməz…
    Çində divarlarında Quranın bütün surələri yazılmış
  • Qubanın dağlıq kəndlərinə ilk qar yağıb- FOTO
    Qubanın dağlıq kəndlərinə ilk qar yağıb- FOTO
  • SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı
    SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyana
  • Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
   DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
Xeberle.info- Qazaxıstan Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Yerlan Turqumbayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. DİA.AZ xəbər verir ki, oktyabrın 14-də cənab Yerlan Turqumbayev və onu müşayiət edən...
14 October 2019 17:43
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü
Xeberle.info- Qazaxıstan Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Yerlan Turqumbayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

DİA.AZ xəbər verir ki, oktyabrın 14-də cənab Yerlan Turqumbayev və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.

Həmin gün Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü

Qonaqları salamlayan nazir V.Eyvazov Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Yerlan Turqumbayevi təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığnı, dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladan nazir hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini, sahələrarası səmərəli işbirliyinin yeni məzmun kəsb etdiyini diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Qonaqlara müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçiriliən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlər barədə qısa məlumat verilib.

Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Yerlan Turqumbayev səmimi qəbula, yüksək qonaqpərvərliyə və əhatəli məlumata görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Sonra Y.Turqumbayev ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, insan hüquq və azadlıqlarının müdafiəsi, DİN sistemində həyata keçirilən islahatlar, əməliyyat-xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi və digər sahələrdə görülən işlər, həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Qəbulda ölkəmizin Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Şərh üçün bağlıdı..