• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!

 

Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı bir sıra məqamları ilə yadda qalıb. Dünya siyasi arenasına mühüm mesajların verildiyi bu toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı siyasi ekspertlərin diqqətini cəlb edib. “Valday” forumunun yadda qalan məqamları və siyasi analitiklərin fikirləri barədə APA-nın  forumu işıqlandıran Rusiyada üzrə xüsusi müxbiri Fərid Əkbərov yazır.

Oktyabrın 3-də Rusiya prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun əsas plenar iclası ilk baxışdan Asiya problemlərinə həsr olunsa da, Qərbə xeyli mesajlarla yadda qaldı.

Plenar iclas yerli vaxtla saat 17.00-ə təyin olunsa da, 40 dəqiqə gecikmə ilə başladı. Buna qədər isə Rusiya Prezidentinin səhər saatlarından başlayan ikitərəfli görüşləri davam edirdi. “Valday”da kifayət qədər nüfuzlu dövlət adamı vardı. Rusiya Prezidenti ilə yanaşı Azərbaycan, Qazaxıstan və Filippin prezidentləri və İordaniya kralı budəfəki forumun əsas iştirakçıları idilər.

“Əgər bu foruma kimisə dəvət etmək vacib idisə, bu məhz Azərbaycan Prezidenti olmalı idi”

Rusiyanın “Kommersant” qəzetinin şərhçisi, prezident Vladimir Putinin şəxsi jurnalisti kimi tanınan Andrey Kolesnikov deyir ki, Azərbaycanın Valday forumunda dövlət başçısı səviyyəsində iştirakı tədbirin əhəmiyyətini daha da artırır: “Çünki budəfəki forumda müzakirə olunacaq regionun əsas ölkələrindən biri məhz Azərbaycandır. Ölkənizin regiona təsiri çox böyükdür. Regionda gedən proseslərdə Azərbaycanın mövqeyini nəzərə almamaq mümkün deyil. Ona görə də hesab edirəm ki, əgər bu foruma kimisə dəvət etmək vacib idisə, bu, məhz Azərbaycan prezidenti olmalı idi”.

Putin ilk ikitərəfli görüşünü də Azərbaycan lideri İlham Əliyevlə keçirdi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olundu. Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya müsahibəsində Əliyevlə Putin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin, siyasi, iqtisadi, humanitar, hərbi və hərbi əməkdaşlıq sahəsində əlaqələrin müzakirə olunduğunu söyləyib. Administrasiya rəsmisi dövlət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu vurğulayıb.

“Qarabağ Azərbaycandır və nida”

Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan prezidenti “Valday” forumun əsas plenar iclasında da toxunub. Belə ki, bütün dünya mediasının diqqətinin olduğu bir tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti İlham Əliyevdən cavab gəldi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan Baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Xatırladaq ki, Nikol Paşinyan o sözləri işğal altındakı Xankəndində demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putin və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi.

Siyasi analitiklər: “Azərbaycan Prezidentinin çıxışı “Valday” klubunun tarixində qalacaq”

Azərbaycan Prezidentinin çıxışı dünyanın tanınmış siyasi analitiklərinin diqqətini cəlb edib. Belə ki, siyasi ekspertlər prezident İlham Əliyevin çıxışını, səsləndirdiyi bəyanatları “Valday” klubunun tarixində qalacağını bildiriblər.

“Valday” Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının Rəyasət Heyətinin üzvü, plenar sessiyasının moderatoru, rusiyalı siyasi analitik Fyodr Lukyanov APA-ya müsahibəsində Azərbaycan Prezidentinin çıxışına toxunaraq bildirib ki, İlham Əliyevin Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi: “Valday” klubunun plenar sessiyasında dövlət başçılarının çıxışları göstərdi ki, müasir dünyada beynəlxalq siyasət böyük həcmdə daxili siyasət tərəfindən sıxışdırılır. Bir çox siyasi lider beynəlxalq problemlərin həlli ilə deyil, öz ölkəsi daxilində qarşısına qoyduğu məqsədə çatmağa çalışır. Ermənistan Baş naziri Paşinyan da ölkəsi daxilindəki vəziyyəti yaxşı anlayır. O, məlum bəyanatı verməklə, ilk növbədə, daxili auditoriyaya işlədiyini göstərib. Ona görə də hesab edirəm ki, İlham Əliyevin “Valday” forumunda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi”.

F. Lukyanov Prezident İlham Əliyevlə forum çərçivəsində söhbətləşmək imkanı tapdığını və dövlət başçımızın böyük siyasi dünyagörüşünə malik olduğunu da xüsusi vurğulayıb. 

Almaniyalı tanınmış siyasi ekspert Aleksandr Rar isə Prezident İlham Əliyevin çıxışını şərh edərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün ən başlıca problemdir: “Ona görə də, təbiidir ki, Azərbaycan Prezidenti belə böyük beynəlxalq forumda bu problemi yenidən gündəmə gətirdi, öz mövqeyini açıq-aydın izah elədi. Və ən əsası da Ermənistan Baş nazirinin cavabını verdi”.

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru Sergey Luzyanin isə Prezident İlham Əliyevin Qarabağla bağlı bəyanatını böyük siyasi platformadan səsləndirilən rəsmi mövqe kimi qiymətləndirib: “Prezident İlham Əliyev rəsmi Bakının mövqeyini böyük siyasi platformadan bir daha səsləndirdi. Burada ən vacib məqamlardan biri Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu xüsusi qeyd etməsi idi. Mənə elə gəlir ki, Qarabağ problemi Əliyevlə Putin arasında keçirilən görüşdə də əsas müzakirə mövzularından biri olub”.

P.S  Prezident İlham Əliyev Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına cavab vermək üçün ən yaxşı platformanı seçmişdi. Siyasət elmində “diplomatik nokaut” deyilən bir anlayış varsa, bu cavab məhz o idi…


  Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı bir sıra məqamları ilə yadda qalıb. Dünya siyasi arenasına mühüm mesajların verildiyi bu toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı siyasi ekspertlərin diqqətini cəlb edib. “Valday” forumunun yadda qalan məqamları və siyasi analitiklərin fikirləri barədə APA-nın  forumu işıqlandıran Rusiyada üzrə xüsusi müxbiri Fərid Əkbərov […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar