• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
Əhməd Əhmədzadə Lənkəranda vətəndaşları qəbul etdi.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Lənkəran rayonunda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə oktyabrın 4-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Yuxarı Xanbulançay Hidroqovşaqların İstismarı İdarəsinin inzibati binasında keçirilən qəbulda Lənkəran və Astara rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Cəlilabad rayonunda, Rafiq Aslanov isə Masallı rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxılıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə oktyabrın 4-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Lənkəran Rayon İcra Hakimiyyətinin […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar