• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
Baş Polis İdarəsi: Polisin Qarabağ əlillərinə təzyiq göstərməsi barədə iddialar yalandır

Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib:

“Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb”.

E.Hacıyev bildirib ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar:

“Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir”.


Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar