• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır – Ekspert siyahı verdi

 

Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır – Ekspert siyahı verdi
Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə – formaldehid aşkar edilib. Formaldehid selikli qişaya və dəriyə zərərlidir. Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.
Qonşuda böyük səs-küyə səbəb olan bu xəbər bizdə də illərdir müzakirəsi gedən saxta kosmetik məsullarla mübarizə mövzusunu yenidən gündəmə gətirib.

Hazırda Azərbaycanda kosmetik məhsullara nəzarət varmı? Alıcılar hansı məhsulları almamalıdır?

“Yeni Sabah”ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda bu sahədəki vəziyyət xeyli acınacaqlıdır:

“Ölkənin əmtəə bazarında külli miqdarda təhlükəli kosmetik mallar var və bunların hamısı gömrük orqanlarında işləyən adamların “xeyir-dua”sı ilə Azərbaycana keçir. Mən özüm 2 dəfə bu kosmetik malların satıldığı yerləri, ünvanlarını İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə, Gömrük Komitəsinə göndərmişəm. Amma çox təəssüflər olsun ki, bəzi dövlət qurumları bu cür təhlükəli malların içərisində zərərli maddələr olmasına baxmayaraq, heç bir tədbir görmürlər. Hətta məndə olan məlumata görə, vaxtilə Xaçmaz gömrüyündə işləmiş, indi yüksək dövlət vəzifəsində çalışan bir şəxs belə malların qaçaqmalçılığını təmin və himayə edir. Mən istahlakçılardan aldığım informasiya əsasında danışıram. Hələ dəqiqləşdirmə aparıram, yoxsa açıq aydın onun adını çəkərdim”.

E.Hüseynov bu cür məhsulların satıldığı yerlərin adlarını da açıqlayıb:

“Bəli, təhlükəli kosmetik vasitələr Azərbaycan bazarında var və bir mənalı şəkildə bunlar ekspertizadan keçirilmir, heç bir sertifikatları yoxdur, qaçaqmal yolu ilə gətirilir. Onların ən çox yayıldığı yer Sədərək bazarıdır. Sədərək bazarında “Parfumeriya və kosmetika”, “Tutti” kosmetika və parfumeriya mağazası və “Prestiqe” parfumeriya və kosmetika mağazalarında bu cür məhsullar satılır. Yeraltı və metro keçidlərinə hamısı oradan dağıdılır. Hazırda o yerlər barəsində dövlət orqanlarına müraciət etmişəm. Təəssüflər olsun ki, dövlət orqanları effektli iş görmür. Bir mənalı şəkildə gömrük orqanlarının xeyir-duası ilə əmtəə bazarına bu məhsullar girir”.

Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır


  Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır – Ekspert siyahı verdi Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə – formaldehid aşkar edilib. Formaldehid selikli qişaya və dəriyə zərərlidir. Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır. Qonşuda böyük səs-küyə səbəb olan bu xəbər bizdə də […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar