• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, bölgələrə əlavə texnika cəlb edilib:
“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə material və maşın-mexanizmlər cəlb edilib. Bu isə baş verə biləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

“Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib:
“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq ”Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qidalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Ağstafa rayonları ərazisindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib.

T.Mustafayev istehlakçılara da müraciət edib:
“Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də, istehlakçılardan xahiş edirik, ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən “199” saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı son məlumata görə, bu gün güclü Şimal-Qərb küləyi müşahidə ediləcək. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.


Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, bölgələrə əlavə texnika cəlb edilib: “Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar