• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
Müdafiə naziri Zakir Həsənov ilk dəfə MiQ-29 qəzasından danışdı
Müdafiə naziri Zakir Həsənov ilk dəfə MiQ-29 qəzasından danışdı
Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunubdur. Xeberle.info   axar.az-a istinadən xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin...
16 September 2019 05:46
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunubdur.

Xeberle.info 

 axar.az-a istinadən xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində MiQ-29-un qəzaya uğraması və pilot Rəşad Atakişiyevin həlak olması ilə bağlı Mir Şahinin suallarını cavablandırarkən deyib.

General bildirib ki, pilot Rəşad Atakişiyev yüksək hazırlıqlı peşəkar olub:

 

“Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub.

 

İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü.

 

Pilotun son anda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot göydə zərbə alıb.

 

Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər.

 

Həkimlər rəy verdilər ki, hansı vəziyyətdə insan belə bir hərəkət edə bilər. Bunun hamısını danışmayacam – bu, böyük bir sənəddir. Komissiyanın rəyində bütün bu suallara cavab verilib.

Bəziləri deyir ki, pilotun səsi niyə oxunmayıb? Ancaq onlar bilmirlər ki, qara qutuda pilotun səsi yazılmır”.

 

General komissiya üzvlərinə tam şəkildə inandığını bildirib.

 

Z.Həsənov həmçinin deyib ki, bu hadisədən sonra ABŞ-da müasir F-18 qırıcısı, onun ardınca Hindistanın Rusiyadan aldığı ən müasir Su-30, bunun ardınca isə Pakistanda və Rusiyada qırıcı qəzaları oldu.

 

“Əgər qırıcıda xəta olsaydı, biz bunu açıq şəkildə ictimaiyyətə deyərdik. Çünki ən müasir təyyarədə nöqsan olursa, texniki problem olursa, bizdə niyə olmasın? Hətta pilotun səhvi olsaydı, onu da deyərdik. Çünki pilotlar səhv edirsə, bizdə də ola bilərdi. Təəssüf ki, ən müasir təyyarələrdə də bunlar baş verə bilər. Bu, döyüş hazırlığı ilə bağlı deyil, təəssüf ki, belə qəzalar olur”.

 

General bildirib ki, bu hadisədən sonra biz bütün təyyarələrimizi bir daha yoxladıq:

 

“Kimlərsə deyir ki, bu təyyarələrimiz köhnəlib. NATO dövlətlərində 70, 80-ci illərin F-16-ları uçur. Vaxtlı-vaxtında o təyyarələr təmir edilir, yeni texnikalarla təchiz edilir. Əgər müqayisə etsək, həm NATO, həm də keçmiş Sovet ölkələrində uçan təyyarələrin 80 faizi 70-80-ci illərin təyyarələridir”.

 

Şərh üçün bağlıdı..