• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Səfər Mehdiyev intihar etmək istəyən sahibkara nə deyib? – 16 gömrükçü işdən azad edilib
Səfər Mehdiyev intihar etmək istəyən sahibkara nə deyib? – 16 gömrükçü işdən azad edilib
Son günlər ölkə mətbuatında Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı özündə konkret faktları əks etdirən silsilə yazılar dərc olunur.  Görünən odur ki, adıçəkilən qurum ictimai etimadı tam itirib və...
8 September 2019 16:46
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo


Son günlər ölkə mətbuatında Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı özündə konkret faktları əks etdirən silsilə yazılar dərc olunur. 
Görünən odur ki, adıçəkilən qurum ictimai etimadı tam itirib və hazırkı rəhbərlik işdə hansısa dönüş yaratmaq iqtidarından məhrumdur.
Xeberle.info Mia.az-a istinadən  xəbər verir ki, Sfera.az-a daxil olan son məlumat isə Dövlət Gömrük Komitəsindəki neqativ halların artıq heç bir əndazə tanımadığının təsdiqidir. 
Sayt yazır ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb. Belə ki, 50 min manat rüsum ödəməsinə baxmayaraq, bir aydır ki malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.
İş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istəyəndə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona mane olmağa və intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar.
Məlumata görə, hadisədən xəbər tutan DGK sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gəlib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Səfər Mehdiyev həmçinin ora toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib.
Baş vermiş hadisəyə görə 16 əməkdaşın gömrük orqanlarından xaric edilməsi də daxil olan məlumatlar arasındadır. 

 

Şərh üçün bağlıdı..