• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Milli Məclisdə məsələ qaldırıldı Uşaqpulu bərpa olunsun! —

Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməsi ilə bağlı ciddi işlər görməliyik”.

XEBERLE.İNFO
 xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir:

“O təkliflər nədən ibarət ola bilər?! Göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, yetərli deyil. Bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik. İkinci vacib məsələ odur ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır.

Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır”.

Deputat uşaqpulunun bərpası barədə də təklif səsləndirib:

“Əlbəttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. 
Uşaqpulunu mütləq bərpa etməliyik. Ən azından 6 yaşına qədər uşaqlar arasında bu pul bərpa olunmalıdır. Statistika göstərir ki, uşaqlar arasında yoxsulluq səviyyəsi 10 % təşkil edir. Ona görə də düşünmək lazımdır.

Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

 


“ Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməsi ilə bağlı ciddi işlər görməliyik”. XEBERLE.İNFO  xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir: “O təkliflər nədən ibarət ola bilər?! Göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar