• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
“32 Gözəl diş “klinikası ilə vəkil arasında qalmaqal – Baş həkim Rza bəy faktı da təkzib edir.12 minə düzəldilən diş

 

Deputatın klinikası ilə vəkil arasında qalmaqal
Tanınmış vəkil İradə Cavadova “32 Gözəl” stomotoloji klinikasında qanunsuzluqla üzləşib.
Bu barədə “Yeni Sabah”a Cavadovanın özü məlumat verib. Hüquqşünasın sözlərinə görə, sözügedən klinika ondan külli miqdarda pul alsa da, keyfiyyətli iş görməyib.
Bundan başqa, ödənişlərlə bağlı heç bir qəbz verilməyib. “Bu klinikada yalnız rentgen müayinəsi üçün ödənilən məbləğə görə qəbz verilir. Diş qapaqlarının düzəldilməsi və müalicə üçün edilən ödənişlərə görə isə qəbz almaq mümkün deyil.
Məsələnin digər tərəfinə gəlincə, məndən külli miqdarda pul alıb, keyfiyyətsiz iş görüblər. Bu klinikada dişlərimin düzəldilməsi 9 ay çəkib. Səbəbi isə keyfiyyətsiz görülən iş olub. Dəfələrlə diş qapaqlarını söküb yenidən düzəltdilər. Lakin nəticəsi olmadı. Təsəvvür edin ki, üzümün quruluşu belə dəyişmişdi. Mən məcbur olub başqa klinikaya üz tutdum”, – deyə İradə Cavadova bildirib.

Hüquqşünas daha sonra əlavə edib ki, klinikanın həkimləri pul qazanmaq naminə müxtəlif üsullara əl atır: “Mən əslində 6 diş qapağı düzəltdirmək istəyirdim. Lakin həkim mənə dedi ki, digər diş qapaqları da sökülməlidir. Çünki artıq yararsız vəziyyətə düşüb. Beləliklə, mənə 6 diş qapağının yerinə 22 diş qapağı düzəltdilər. Özü də hamısını əvvəldən sökdülər.

Mən də artıq düzəltdirməyə məcbur idim və düz 12 min 400 manat pul aldılar. Sonradan mənə aydın oldu ki, həkim pul qazanmaq üçün sağlam diş qapaqlarımın yararsız olduğunu deyib”.

İradə Cavadovanın sözlərinə görə, pulunu geri almaq üçün 1 ildir danışıqlar aparır. “Bu klinikanın arxasında Milli Məclisin deputatı Adil Əliyev dayanır. Ona da müraciət etdim. Müraciətdən sonra klinikanın direktoru ilə görüşdüm. Eyni zamanda məktub yazaraq məndən alınan pullarla bağlı qəbz tələb etdim.

Nəticədə, pulun 5000 manatını qaytardılar. Yerdə qalan məbləğə gəlincə, həkim dedi ki, pulun hamısını cibimə qoymamışam, nə bilim faiz verirəm və s. Özləri də bilirlər ki, keyfiyyətsiz iş görüblər, məcbur olub dişlərimi ayrı klinikada düzəltdirmişəm, mənə əsəb, gərginlik yaşadıblar”.

Hüquqşünas məsələ ilə bağlı hələ ki, məhkəməyə müraciət etməyib. “Hələ danışıqlar gedir. Həkim deyir ki, kimə istəyirsiz şikayət edin. Görünür, arxasında dayananlara güvənir. Lakin mən bu məsələdə sona qədər gedəcəm”, – deyə İradə Cavadova vurğulayıb.

Məsələ ilə bağlı sözügedən ünvana yollandıq. Çox təəssüf ki klinika başkanı Rza bəy bu yazılanlara  videomüsahibə verməkdən kobudluq nümayiş etdirərək boyun qaçırdı və qeyd edilənlərin yalan olduğunu bildirdi, lakin media qarşısında onun təbirincə  olan yalan məlumatı kamera qarşısında söyləməkdən açıq aşkar  Rza bəy ehtiyat elədi.
Bu isə açıq aşkar bu yazılanların həqiqətə uyğun olmasına işarədir.
\Dia.az\

 

 


  Tanınmış vəkil İradə Cavadova “32 Gözəl” stomotoloji klinikasında qanunsuzluqla üzləşib. Bu barədə “Yeni Sabah”a Cavadovanın özü məlumat verib. Hüquqşünasın sözlərinə görə, sözügedən klinika ondan külli miqdarda pul alsa da, keyfiyyətli iş görməyib.Bundan başqa, ödənişlərlə bağlı heç bir qəbz verilməyib. “Bu klinikada yalnız rentgen müayinəsi üçün ödənilən məbləğə görə qəbz verilir. Diş qapaqlarının düzəldilməsi və […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar