• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Uşaqpulu bərpa olunur — Deputatdan AÇIQLAMA

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayıb.

Xeberle.info
xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkədə vətəndaşlara müraciət edib.

Siyavuş Novruzov sosial şəbəkədə ona  göndərilən maraqlı fikir və təkliflərə görə təşəkkür edib. O, hər kəsin fikir və düşüncələrini özü üçün dəyərli hesab etdiyini söyləyib.

“Mənə yazdıqlarınızdan aydın olur ki, sizi ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaqpulları ilə bağlı məsələlərdir. Heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir. Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin də əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur.

Pensiya, aylıq müavinətlər və uşaqpulları ilə bağlı biz parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaqpulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq, 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb. 

Bir daha qeyd etmək istiyirəmki, mən siyasi fəaliyyətim dövründə həmişə xalqın və seçicilərimin yanında olmuşam. Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, “Feysbuk” səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək.

Dərin hörmət və ehtiramla!”.

 


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayıb. Xeberle.info xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkədə vətəndaşlara müraciət edib. Siyavuş Novruzov sosial şəbəkədə ona  göndərilən maraqlı fikir və təkliflərə görə təşəkkür edib. O, […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar