• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
 “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
Bakıda “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI

Bakıda məşhur tur şirkətlərindən biri 20-dən çox ailəni Antalyaya səyahət adı ilə aldadaraq, pullarını mənimsəyib. Turistlər aldadıldıqlarını hava limanında ikən başa düşüblər.

Bakıda “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI

Xeberle.info axar.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Leyla Məmmədova adlı zərərçəkən yayıb. Şikayətçi bildirib ki, “InTravel.Az” tur şirkətindən Türkiyənin Antalya şəhərinə tur-paket alıblar. Uçuş bu gün nəzərdə tutulsa da, səfər alınmayıb:

“Qızım, yoldaşım, mən, qardaşım və anam bu gün səhər Antalyaya uçmalıydıq. “InTravel.Az” tur şirkətinə tam ödəniş edərək, möhürü, imzası və qəbzi olan sənəd almışdıq. Səhər hava limanında anlaşıldı ki, nə bilet var, nə də hotel.

İş orasındadır ki, biz tək deyilik. Bizim kimi aldadılmış 20-dən çox ailə var və hamımız da aldadıldığımızı hava limanında öyrənmişik”.

Zərərçəkən bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər:

“Təbii ki, qanun qarşısında cavab verəcəklər, pulumuzu geri alacağıq. Amma mənim və ailəmin yaşadığı stressin bədəlini heç kəs ödəyə bilməyəcək. Belə turizm firmaları bağlanmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanıram”.

Sözügedən tur şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, cavab almaq mümkün olmadı. Bizimlə telefonda danışan əməkdaşlardan biri suallarımızı eşidər-eşitməz əlaqəni kəsdi. 


Bakıda məşhur tur şirkətlərindən biri 20-dən çox ailəni Antalyaya səyahət adı ilə aldadaraq, pullarını mənimsəyib. Turistlər aldadıldıqlarını hava limanında ikən başa düşüblər. Xeberle.info axar.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Leyla Məmmədova adlı zərərçəkən yayıb. Şikayətçi bildirib ki, “InTravel.Az” tur şirkətindən Türkiyənin Antalya şəhərinə tur-paket alıblar. Uçuş bu gün nəzərdə tutulsa da, səfər alınmayıb: […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar