• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Gədəbəy DSMF müdiri ELSUN XUDAVERDİYEV vətəndaşı hədələyirmiş — AUDİOYAZI

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir.

Xeberle.info xəbər verir ki, bunu Anews.az-a Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib. 
 

Yazgül Əmiraslanova deyir  ki,  Saratovka kəndində  yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya  xəstəsi olan uşaqı ilə yaşayır.  Ailənin ehtiyaclı olmasına baxmayaraq  həm vəzifə, həm də pul baxımından geniş imkanı olan ata-oğul Xudaverdiyevlər onun torpağını  əlindən almaq istəyir.

“Bunlar mənə qədər bir neçə rusun evini və torpağını müxtəlif yollarla ələ keçiriblər. İndi də mənim torpaq sahəmə öz adlarına saxta sənədlər çıxarmaqla sahiblənmək istəyirlər. Lakin həmin torpaq sahəsinə dair mənim hər cür sənədlərim var”, – Əmiraslanova vurğulayır. 

Xanımın sözlərinə görə, vətəndaşların evlərini Xudaverdiyevlər saxta sənədlər düzəltmək yolu ilə ələ keçirir.  

“Elsun Xudaverdiyev Saratovka kəndində əvvəl icra nümayəndəsi işləyib və o zamanlar  düzəltdikləri saxta sənədlərə əsasən  iddia edirlər ki, guya 1996-ci ildə Torpaq İslahat Komissiyası Gədəbəydə torpaq bölgüsü aparan zaman həmin ərazini onlara verib. 
Halbuki, həmin ailə 2002-ci ilə kimi Gəncə şəhərində yaşayıb və orda qeydiyyatda olublar. “Bu məsələ ilə bağlı evlərinə getmişəm. Atası Cahangir Xudaverdiyevdən xahiş edirəm ki, mənim torpaq sahəmdən əl çəksinlər. Əks təqdirdə prezidentə müraciət edəcəm. Cahangir Xudaverdiyev o qədər özünə arxayındır ki, hətta məni də hədələdi”,  –  deyə xanım əlavə edir.

Elsun Xudaverdiyevin sonradan şikayətçi qadına təzyiq etdiyi bildirilir. 

 
Məsələ ilə bağlı DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev ilə əlaqə saxladıq. O, deyilənləri təkzib edib. 

Həmin səsyazısını  təqdim edirik:

\demokrat.az\

 


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir. Xeberle.info xəbər verir ki, bunu Anews.az-a Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib.    Yazgül Əmiraslanova deyir  ki,  Saratovka kəndində  yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya  […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar