• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli  intensiv olacağı, şimşək...
9 August 2019 18:13
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Leysan xarakterli  intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu dağətəyi rayonlarda 30-35,  dağlıq rayonlarda  20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34° isti təşkil edəcək.

Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək. 

Bakıda və Abşeron yarımadasında avqustun 10-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin  avqustun 11-də daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

Şərh üçün bağlıdı..