• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Şamaxı DSMF-də ciddi narazılıq. Yeni nazir S.Babayevə kölgə salınır… – “Pulu olmayanı adam hesab etmirlər”
Şamaxı DSMF naziri hədəfə gətirir...
Xeberle.info – DİA.AZ-a istinadənxəbər verir ki, daxil olan bir şikayət məktubunu diqqətinizə təqdim etmişdik. Belə ki, redaksiyamıza müraciət edən Şamaxı sakini Telman Camalov ünvanlı sosial yardım ala bilməməsindən giley-güzar edir. DİA.AZ bildirir ki, narazı vətəndaşın iddiasına görə, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsində ona süni maneələr yaradılır:

“Orada işləyənlərin hamısı rüşvətxorluqla məşğuldur. Kimin pulu varsa, ona ünvanlı sosial yardım düzəldirlər. Pulu olmayanı isə adam hesab etmirlər. Oğlum evlidir, iki övladı var. Ailəsi ilə birgə mənim evimdə yaşayır. Hazırda evdə doqquz nəfərdən ibarət böyük bir ailəyik. Fondun rayon şöbəsində mənə deyirlər ki, sənə sosial yardım düşmür. Deyir ki, gərək oğlunun ayrı evi ola. Əgər mən oğluma ev tikə, yaxud kirayəyə çıxara bilmirəmsə, onu necə ayrı evə sala bilərəm? Oğlum ayda iki yüz manat maaş alır. Bu pulla nəfərlik ailəni saxlamaq olar? 57 yaşım var, hara iş axtarmağa gedirəm, mənə deyirlər ki, sənin müddətin keçib, işləyə bilməzsən. Yaxşı, mən işləyə bilmirəm. Oğlum da mənim evimdə yaşayır. Biz neyləməliyik? Torpaq ala bilmirik, ev tikə bilmirik. Bəs mən yazıq neyləyim? Gəlib, özləri baxsınlar ki, doqquz nəfər adam bir evdə hansı şəraitdə yaşayır. Bunlar camaata düşmən kəsiliblər, acından öldürürlər”.

DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı yerli RİH-ə də müraciət olunub. Bu barədə danışan Şamaxıdakı müxbirimiz qeyd edir ki, məsələ ilə əlaqədar yerli RİH də DSMF-nin nəinki Şamaxıdakı rəhbərliyinə müraciət edib, eləcə də DSMF rəhbərliyinin özünü də məlumatlandırıb.

Görünəni odur ki, vətəndaş narazılığı Sahil Babayevin işçiləri üçün o qədər də önəm daşımır. Mövzu diqqətimizdədir…

Qarşı tərəfi də dinləməyə hazırıq… 


Xeberle.info – DİA.AZ-a istinadənxəbər verir ki, daxil olan bir şikayət məktubunu diqqətinizə təqdim etmişdik. Belə ki, redaksiyamıza müraciət edən Şamaxı sakini Telman Camalov ünvanlı sosial yardım ala bilməməsindən giley-güzar edir. DİA.AZ bildirir ki, narazı vətəndaşın iddiasına görə, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsində ona süni maneələr yaradılır: “Orada işləyənlərin hamısı rüşvətxorluqla məşğuldur. Kimin pulu […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar