• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
MƏRDƏKAN “FRAS” ÇİMƏRLİYİNDƏ biabırçı “yığım” bazarı.  BU MƏKAN İSƏ MƏŞHUR ŞOU BİZNES NÜMAYƏNDƏMİZƏ MƏXSUS İMİŞ.

 


Mərdəkan Çimərliyindəki “Fras” adlanan hissədə buraya istirahət üçün üz tutanların cibinə əməlli -başlı qənim kəsilirlər. Sözügedən ünvana redaksiyamıza daxil olan məlumatların tam əyani sübutu olaraq media olaraq yollandıq. Sən demə burada çimmək məqsədilə gələnlərə qeyri-rəsmi şəxslərin ciblərə qənim kəsilməsi doğru imiş.
Çimərliyin qumsal olan hissəsində olan masaya yaxınlaşarkən səndən öncə artıq masanın ətrafını buranın “işbazları” əhatəyə alır.İlk bildirişləri isə belə olur:” boş masa adam sayına görə hesablanır 15  (On beş) AZN  dən 20-25 AZN manata qədər dəyişir, süfrə qoyacayığsa əlavə beş manat, stul da qoyarığsa əlavə beş manat da buna ödəyin. ” Masanı da qəsdən çirkli vəziyyətdə saxlayırlar ki buraya gələn müştəri dərhal bu natəmizlikdən bezərək bu masalar üzərinə örtük istəsin və dərhal da çimərliyin bu qeyri-rəsmi işbaz işçiləri o stol örtüyünü məcbur olub istəsin bunlardan və nəticə etibarilə də onlar əlavə beş manatı alaraq öz dırnaqarası biznes xeyirlərinə nail olsunlar. Və belə də edirlər.
Müşahidəmiz zamanı onların bu qanunsuz əməllərinin əyani iştirakçı subyekti olan şahidinə də çevrildik.
Qeyd edək ki, hər bir ödəniş əsasında ödənişi qəbul edən tərəf qarşı tərəfə yəni müştəriyə aldığı pulun müqabilində Qanunvericiliyin tələbinə müvafiq olaraq ödənişi özündə əks etdirən qəbz də tərtib edib verməlidir. Çox təəssüf olsun ki, biz bu ödənişlərin əsasında qəbzi istəsək də onlar buna əhəmiyyət verməyərək çek verməkdən yayındılar. Bu isə öz növbəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada ilk dəfə olaraq aşkar edildikdə 400 manat cərimə edilir, ikinci dəfə aşkar olunarsa 800 manat cərimə olunur, 3-cü dəfə isə o sahibkarlıq fəaliyyətinə birmənalı olaraq qadağa qoyulur. Hələ biz burada çalışdırılan işçilərin Əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi məsələsini arxa planda saxlayırıq…
Burada aşkar elədiyimiz bu neqativ halları media olaraq diqqətdə saxlayaraq qarşı tərəfin də ,yəni Vergilər Nazirliyinin  müvafiq qurumunun mövqeyini öyrənməklə  bu baş verənlərə hansı növ qanuni tədbir görülməsini diqqətdə saxlayacağıq. Aldığımız digər məlumata görə hətta bu sözügedən məkanın məşhur şoubiznes nümayəndəsinə də məxsus imiş. 
Bizimlə qalın.Mövzuya qayıdacağıq. Araşdırmalarımız davam edir… / Xeberaz.az\



  Mərdəkan Çimərliyindəki “Fras” adlanan hissədə buraya istirahət üçün üz tutanların cibinə əməlli -başlı qənim kəsilirlər. Sözügedən ünvana redaksiyamıza daxil olan məlumatların tam əyani sübutu olaraq media olaraq yollandıq. Sən demə burada çimmək məqsədilə gələnlərə qeyri-rəsmi şəxslərin ciblərə qənim kəsilməsi doğru imiş. Çimərliyin qumsal olan hissəsində olan masaya yaxınlaşarkən səndən öncə artıq masanın ətrafını buranın […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar