• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Suraxanı RİH-dən REAKSİYA (FOTOLAR) Prezidentin və Birinci xanımın 3 ay öncə açılışını etdiyi park baxımsız vəziyyətə düşdü

 —

Bu il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı cavabdeh qurumların məsuliyyətsizliyi səbəbindən hazırda baxımsız vəziyyətə düşüb. 

Demokrat.az-ın əməkdaşı parkdakı vəziyyətlə yaxından tanış olub. Ərazidə yaşayan camaat parkda yenidənqurma işlərinin aparılmasını təqdir edir. Ancaq insanlar deyir ki, ölkə başçısının və Birinci xanımın açılışını etdiyi müasir və gözəl parka təəssüflər olsun ki, Suraxanı rayonu İcra Hakimiyyəti rəhbərliyi tərəfindən laqeyd münasibət göstərilir. 

 

Related image

Çəkdiyimiz fotolardan da aydın görmək olur ki, əvvəllər baxımsız vəziyyətdə olan park tamamilə yenilənib. Amma bunu qorumaq lazımdır. Təbii ki, burada vətəndaşların da üzərinə məsuliyyət düşür, ərazidə güllərin ayaqlanması təəssüf hissi doğurur. Ancaq ən böyük məsuliyyəti Sabunçu rayon İcra hakimiyyəti daşıyır. Çünki parkda əkilən ağacların qorunmasına İcra Hakimiyyəti cavabdehdir. Burada yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb. Çox təəssüf ki, vətəndaşlar və müvafiq dövlət qurumları öz məsuliyyətlərini hələ də dərk etmirlər. 

 

Image result for Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində park açılış

 

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti Demokrat.az-a bildirilib ki, parkda bir neçə ağacın quruması təbii haldır:

“Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında baxımsızlıq ucbatından ağacların quruması ilə bağlı yayılan yazı ilə bağlı birliririk ki, isti yay aylarında bu il əkilən tinglərin bəzilərinin quruması təbii haldır. Bir neçə qurumuş ting artıq yeniləri ilə əvəz edilmişdir.

Parka davamlı qulluq edilir, aqrotexniki qaydalara əməl edilir. Ağaclar və yaşıllıq vaxtlı-vaxtında suvarılır. Ümumilikdə parkda heç bir baxımsızlıqdan söhbət gedə bilməz. 
Neftçilər parkı sakinlərin və şəhərimizin qonaqlarının sevimli istirahət mərkəzinə çevrilib”.

 

Xatırladaq ki, parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613, Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə isə 300 ədəd ağac əkilib.

 

 

 

 

 

 

 

 

 


 — Bu il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı cavabdeh qurumların məsuliyyətsizliyi səbəbindən hazırda baxımsız vəziyyətə düşüb.  Demokrat.az-ın əməkdaşı parkdakı vəziyyətlə yaxından tanış olub. Ərazidə yaşayan camaat parkda yenidənqurma işlərinin aparılmasını təqdir edir. Ancaq insanlar deyir ki, ölkə başçısının və […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar