• UEFA “Qarabağ”a 781 min avro ödədi
    UEFA “Qarabağ”a 781 min avro ödədi
  • Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır – Əvvəlcə ermənilər gələcək
    Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıq
  • Çində divarlarında Quranın bütün surələri yazılmış məscid üzə çıxdı-Gözlənilməz…
    Çində divarlarında Quranın bütün surələri yazılmış
  • Qubanın dağlıq kəndlərinə ilk qar yağıb- FOTO
    Qubanın dağlıq kəndlərinə ilk qar yağıb- FOTO
  • SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı
    SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyana
  • Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
KİVDF ləğv olunmalı, yoxsa qurumda islahat aparılmalıdır?

Mehman Əliyevin təklifinə REAKSİYALAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azpolitika.info-ya müsahibəsində ölkə mediasının mövcud vəziyyəti haqda səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Onun xüsusilə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ləğv olunması haqda təklifi və medianın dövlət tərəfindən maliyyələşdirilməsinin əleyhinə çıxması geniş müzakirələrə səbəb olub. 

Tanınmış jurnalist Azər Rəşidoğlu mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında KİVDF-nin ləğvinin deyil, həmin qurumda əsaslı islahatların aparılmasının daha məqsədəuyğun olduğunu deyib: 

“KİVDF-nin fəaliyyətində kifayət qədər nöqsanların olmasına baxmayaraq, o Fondun ləğv edilməsinin doğru addım olmayacağını düşünürəm. Sadəcə olaraq, KİVDF-nin yenidən və fərqli prinsiplər əsasinda, peşəkar media mütəxəssilərinin rəyi nəzərə alınmaqla yenidən formalaşdırılması daha məqsədəuyğundur. Yəni KİVDF-ni ləğv edib, onun əvəzində başqa analoji qurum yaradılarsa, o da bir müddətdən sonra eyni vəziyyətə düşəcək. O baxımdan, əsaslı islahatlar aparmaqla, KİVDF fəaliyyətini davam etdirməlidir”.

 

Image result for Azər Rəşidoğlu

Rəşidoğlu hesab edir ki, ölkədə çap mediası ilə rəqabətdə mövqelərini xeyli gücləndirmiş internet mediaya dövlətdən maliyyə yardımı ayrılması zəruridir və bu məsələnin yaxın vaxtlarda həll olunacağı gözlənilir: 

“Elektron media orqanlarının dövlətdən maliyyələşməyə cəlb olunmaları təklifi zaman-zaman gündəmə gətirilir və hesab edirəm ki, bu məsələ yaxın vaxtlarda həllini tapacaq. İndiki reallıqda ölkə mediasında elə bir xaotik vəziyyət yaranıb ki, bu məsələni qısa müddətdə tənzimləmək və qərar vermək heç də asan deyil. Sözsüz ki, XXI əsrdə internet medianın çap mıtbuatı üzərində ciddi üstünlük əldə etdiyi vaxtda o seqment dövlət maliyyələşməsindən kənarda qalmamalıdır.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə Mehman Əliyevin bu iddialarının əsassız olduğunu bildirib: 

“O, daha çox siyasi intriqaların təmsilçisidir, nəinki medianın. Ona görə də, dedikləri heç vaxt öz təsdiqni tapmır. O, sadəcə danışır. Bu da onun növbəti əsaslandırılmamış, mənasız bir iddiasıdır. Adamın normal KİV nümayəndələri ilə problemi var, bunun acığını çıxmaq üçün gah bir, gah da digər tərəfi ittiham edir ”.

 

Image result for Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli bildirib ki, internet mediaya dövlət yardımının ayrılması məsələsi gündəmdədir: 

“Onlayn mediaya yardım ayrılması məsələsi gündəmdədir. Bu məsələ dəfələrlə Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİVDF tərəfindən gündəmə gətirilib. Amm KİVDF bu məsələdə tək qərar verə bilməz. Bildiyiniz kimi, media orqanlarına KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında yardım göstərilir. Biz də bu konsepsiyanın müddəalarına uyğun şəkildə hərəkət etməliyik. Onlayn mediaya yardım ayrılması üçün hökümətdə müzakirə getməli, müəyyən qərar verilməli və konsepsiyaya uyğunlaşdırılmalıdır ki, biz də o dəstəyi onlayn mediaya verə bilək”.(Yenicag.az)

 


— Mehman Əliyevin təklifinə REAKSİYALAR                         “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azpolitika.info-ya müsahibəsində ölkə mediasının mövcud vəziyyəti haqda səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Onun xüsusilə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ləğv olunması haqda təklifi və medianın dövlət tərəfindən […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar