• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
ETSN əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı rüşvət almaqda ittiham edilir. Beyləqan şöbəsində vəzifə tutmuş Mehdi Abdullayev və Novruz Alkərəmov cinayət məsuliyyətinə cəlb olunub.

Nazirlik əməkdaşları məhkəmə qarşısına çıxarılıb. 10 min manat rüşvət almaqda ittiham olunan Mehdi Abdullayev hakimin suallarını cavablandırıb. Baş məsləhətçi işlədiyini deyən təqsirləndirilən şəxs rüşvət vermiş Teymur Aslanovu tanımadığını bildirib. Deyib ki, işi ilə əlaqədar çoxlu adamlarla görüşür: “Görəndə tanımadım. İlk dəfə istintaqda gördüm”.

 

Mehdi Abdullayevin fikrincə, cinayət işi quramadır, bunu xüsusi təşkil ediblər. Teymur Aslanovdan torpaq sahəsi ayrılması üçün 10 min manat almadığını söyləyib. “Ona şəklimi göstərib deyiblər ki, bu adamdan şikayət elə. O da eləyib”, – təqsirləndirilən belə deyib.

 

Mehdi Abdullayev hakimin bir çox suallarına dəqiq, dolğun cavab verə bilməyib. Hakim deyib ki, Teymur Aslanov yük maşını sürücüsüdür, onun təqsirləndirilənə qarşı qərəzli davranışı məntiqli görünmür. Çünki nazirliklə bağlılığı yoxdur, Abdullayevi dayandığı yerdə şərləmək istəməsi inandırıcı səslənmir.

 

Mehdi Abdulayevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham irəli sürülüb. (Bizimyol.info)

 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı rüşvət almaqda ittiham edilir. Beyləqan şöbəsində vəzifə tutmuş Mehdi Abdullayev və Novruz Alkərəmov cinayət məsuliyyətinə cəlb olunub. Nazirlik əməkdaşları məhkəmə qarşısına çıxarılıb. 10 min manat rüşvət almaqda ittiham olunan Mehdi Abdullayev hakimin suallarını cavablandırıb. Baş məsləhətçi işlədiyini deyən təqsirləndirilən şəxs rüşvət vermiş Teymur Aslanovu tanımadığını bildirib. Deyib ki, […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar