• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
                    Pomidor ən çox istifadə edilən tərəvəzlərdən biridir. Onun yetişdirilməsinin çox maraqlı tarixi var. İlk dəfə sarı rəngli pomidor yabanı halda...
13 July 2019 17:56
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

 

 

 

 

 

 

 

 

 

 

Pomidor ən çox istifadə edilən tərəvəzlərdən biridir. Onun yetişdirilməsinin çox maraqlı tarixi var. İlk dəfə sarı rəngli pomidor yabanı halda Boliviya və Peruda tapılıb. Sonra isə onu bəzək bitkisi kimi Meksikada yetişdiriblər. Bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı, bənövşəyi, hətta digər rənglərdə də pomidor yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. İlk pomidorların sarı olduğu ehtimal edilir və buna görə də ona Pomo d’Oro – “qızıl alma” adı verilib. Peruda isə onu “tomatl” -“böyük giləmeyvə” adlandırırdılar. Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra gəmilərlə Avropaya gətirilib.

Xeberle.info AZƏRTAC-a istinadən bildirir ki, pomidor 1500-cü illərin ortalarına qədər zəhərli bitki sayılıb. Sonralar onun zəhərsiz olduğu aşkar edilərək yeyilməyə başlanılıb. Onu əsasən qızardaraq və ya qaynadaraq yeyirdilər. Pomidorun çiy şəkildə istifadə edilməsi bir aşpazın salatlarda istifadəsindən sonra başlanılıb.

Amerikada pomidoru tərəvəz kimi becərən Tomas Ceferson olub. 1900-cü ilə qədər Amerikada onu zəhərli hesab etdiklərinə görə becərmirdilər. Tədricən avropalılar pomidoru sevgi bəxş edən tərəvəz kimi qəbul edərək “məhəbbət alması” adlandırıblar.

Antioksid tərkibə malik olan pomidor orqanizmə yığılan zəhərli maddələri təmizləyir, qanın durulmasına kömək edir. Mədə-bağırsağın fəaliyyətinə, böyrək daşlarının düşməsinə müsbət təsir göstərir. Ondan kosmetik vasitə kimi də istifadə etmək olar, dəriyə təmizlik və gözəllik verir. Yanıq zamanı və həşərat dişlədiyi yerlərin müalicəsində çox faydalıdır.

 

Şərh üçün bağlıdı..