• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
“Gülər Əhmədova “SÜKUTU POZDU”  hətta, ölmək istəyir” — Sabiq YAP-çı deputatın şok etirafları…

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş sabiq deputatı Gülər Əhmədova sükutu pozaraq, gündəm yaradacaq açıqlamalar verib. 

O, Demokrat.az-a göndərdiyi açıqlamasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmamasına görə də şikayətlənib.

Gülər Əhmədovanın sözügedən fikirlərini təqdim edirik:

“Gərək verərdilər. Əziyyətim, işim, nəticələrim var. Düzdür, amma yəqin ki, cəsarəti olan kimsə olmalıdır ki, bunları yada salsın. Siyasətdə isə çox nadir hallarda kimsə kiminsə sözünü deyir, haqqını müdafiə edir. Kimsə müdafiə etsə, məsələn məni, məni gözü götürməyənin biri həmin adama deyəcək ki, “sənin nə marağın var?” Klassik bizim yanaşma. Yəni ki, kiminsə maddi xeyri yoxsa danışmaz. Uzun sözün qısası, dövlətçilik düşüncəsi olan biri lazımdır ki, bu cəsarətdə bulunsun. Məsələn, mən edərdim. Yəqin elə ona görə də çıxdaş oldum. Çox təvazökar olmuşam (gülür – müəllif). Bu gün ənənəni pozuram və açıq şəkildə deyirəm ki, Çanaqqalada Azərbaycan şəhidlərinə xatirə lövhəsi qoyan, İğdırda erməni dili fakültəsini qapadılmasına nail olan mən Gülər Əhmədova unudulmasından üzülür, əzab çəkir, küsür, inciyir, hətta  ölmək belə istəyir. Həqiqət budur. Əhməd Ağaoğlu Zərdabinin tabutuna: “ey, müqəddəs ruh, ora gedəndə babalarımızdan soruş ki, bu nə məmləkətdir ki, bizə qoyub getdilər?” İndi mən də düşünürəm ki, bəlkə bu dərdlər, sıxıntılar bizi tez o tərəfə aparsın ki, o tərəfdə sualıma cavab tapım. Deyim ki, məşhur bir lətifə var. Bir gün bir kişi dəvəsindən halallıq istəyir. Dəvə də deyir ki, hər şeyi halal edirəm, amma bir gün məni tövlədə eşşəyin quyruğuna bağladın, bax onu halal etmirəm. İndi mən də başıma gətirilən hər şeyi, o dövrdə oynanılan oyunları nəzərə alıb dövlətimə halal edirəm. Mətbuatda qüruruma sığışdırıb demədiyim dərdləri də halal edirəm. Amma 7 il keçdi, bəlkə artıq məni Elşad Abdullayevin quyruğundan açasınız, tüpürcüəklərinizi siləsiniz, “səni görmürük müamiləsi yapmayasınız”. Axı bu mənəm – heç vaxt şəxsi maraqlarını üstün tutmayan qadın, sıralarınızda olan, nə sözünə, nə əqidəsinə dönük çıxmayan artıq 54 yaşlı Gülər Əhmədova. Ana, nənə, bacı, xala, bibi, yaxşı və güvənilən dost. Sizə əziyyət vermirəm, özüm deyirəm: bu dövlətdən aldığım cəza belə başıma tacdır. Siz də bir şey deyin, susmayın. Deyin ki, Ulu öndərimiz Heydər Əliyev “mövqeyinizi bildirin” demiş. Bir xahişim də var. Kimsə məni yarğılamaq arzusunda olsa, bir gün dözsün, öz vicdanına qulaq assın. İsa Peyğəmbər demişkən “daşı o adam atsın ki, özü günahsızdır”. Hamıya xoş günlər, vəfalı əqidədaşlar arzulayıram. Həyatınız gözəl olsun, balalarınızın xeyrini görəsiniz! 

 

 


Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş sabiq deputatı Gülər Əhmədova sükutu pozaraq, gündəm yaradacaq açıqlamalar verib.  O, Demokrat.az-a göndərdiyi açıqlamasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmamasına görə də şikayətlənib. Gülər Əhmədovanın sözügedən fikirlərini təqdim edirik: “Gərək verərdilər. Əziyyətim, işim, nəticələrim var. Düzdür, amma yəqin ki, cəsarəti olan kimsə olmalıdır […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar