• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
“Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
“Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
“İyul ayı respublikamızda ən isti aydır, ona görə də nisbətən belə sərin hava bu ay üçün səciyyəvi deyil”.   Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru...
13 July 2019 17:37
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

“İyul ayı respublikamızda ən isti aydır, ona görə də nisbətən belə sərin hava bu ay üçün səciyyəvi deyil”.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

 

O bildirib ki, adətən iyul ayında temperatur 40 dərəcəyədək yüksəlir: “2010-cu il iyulun 12-də və 2011-ci il iyulun 22-də Bakıda temperaturun maksimum həddi 40 dərəcə olub. 2018-ci il iyulun 1-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin gün havanın maksimal temperaturu 42.7 dərəcə isti təşkil edib ki, bu da rekord həddini, yəni mütləq maksimumu keçib”.

 

U. Tağıyevanın sözlərinə görə, iyul ayında Bakıda ən sərin hava 1918-ci ildə, ayın 30-da qeydə alınıb: “Həmin gün havanın minimal temperaturu 12.2 dərəcə isti olub”.

 

ETSN rəsmisi qeyd edib ki, 2012-ci il iyulun 15-də Bakıda güclü leysan yağışı yağış, sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb: “2016-cı il iyulun 23-də Bakıda şimal küləyinin maksimal sürəti 28 m/s, arabir 30-35 m/s-dək çatıb”.

 

Qeyd edək ki, iyulun 12-si axşamdan 13-ü axşamadək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb.

 

 

Şərh üçün bağlıdı..