• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
ATV BAŞQANI AZƏR XƏLİLOVA QARŞI XAKERLİK… bank hesabından külli məbləğdə pul yoxa çıxdı – Qalmaqal böyüyür

“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.

Bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bilirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.

“Bilet də təxminən 550 dollar olub. 100 dollara qədər də bankda xidmət haqqı tutulub. Kartda 14 min 400 dollar pul qalmalıydı. Kartın istifadə müddətinin başa çatmasına az qalmış Azər Xəlilov gedib ki, vaxtı uzatsın. Məlum olub ki, hesabında cəmi 350 dollar pul var. Halbuki, o, Londona bilet alandan sonra o kartdan istifadə etməyib. Yəni qalan 14 min 400 dollardan pul xərcləməyib”,- deyə mənbə bildirib.

Hesabından pulun silinməsilə əlaqədar Azər Xəlilovun şikayəti araşdırılıb. Araşdırmalardan sonra ona bildirilib ki, kart hesabındakı 14 min dollar məbləğ ABŞ-da ticarət mərkəzlərində xərclənib. Və bu xərcləmələrdən 1 ildən çox vaxt keçib. ATV rəhbəri etiraz edib, kartını heç kimə vermədiyini deyib, vəsaitin hesaba geri qaytarılmasını tələb edib. Amma bank pulu qaytarmaqdan imtina edib. Bildirilib ki, əgər kartdan oğurluq olubsa belə, bu, müştərinin özünün səhlənkarlığı üzündən baş verib.

ATV prezidenti Beynəlxalq Bankı məhkəməyə də verib. Məhkəmə iddiasında bankdan 14 min dollarla yanaşı, hüquqi yardıma görə çəkdiyi 1000 manatlıq xərci də tələb edib. Amma məhkəmə onun iddiasını təmin etməyib. Qərardan yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərin də nəticəsi olmayıb – qərar qüvvədə saxlanılıb.

 


“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir. Bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bilirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar