• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
Elinanın intihar etdiyi məktəbin direktoru ilə bağlı QƏRAR VERİLDİ
Elinanın intihar etdiyi məktəbin direktoru ilə bağlı QƏRAR VERİLDİ
Bakıda məktəblinin təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı...
11 July 2019 18:16
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Bakıda məktəblinin təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimatı təmin edib.

 

Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

 

Qeyd edək ki, Səbael rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

 

Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.

Elina Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.

 

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq.

 

Şərh üçün bağlıdı..