• Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) geni modifikasiya olunmuş (GMO) bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə əlaqədar bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə sağlamlığa yönəlmiş heç bir təsiri aşkar olunmayıb.

XEBERLE.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev bildirib.

O qeyd edib ki, Azərbaycanda saxta reytinq üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğuna dair məlumatlar yayılsa da, ölkəyə geni modifikasiya olunmuş məhsullar gətirilmir:

“Hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur.

Avropa Komissiyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da açıqlayıb:

1. Pomidor (Lycopersicon esculentum) – Kanada, Çin, Meksika, ABŞ;

2. Yemiş (Cucumis melo) – ABŞ;

3. Alma (Malus x Domestica) – Kanada, ABŞ;

4. Kartof (Solanum tuberosum L) – Rusiya;

5. Əkin yoncası (Medicago sativa) – Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;

6. Lobya (Phaseolus vulgaris) – Brazilya;

7. Pambıq (Gossypium hirsutum L.) – Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Esvatini (keçmiş Svazilend);

8. Badımcan (Solanum melongena) – Banqladeş;

9. Kətan (Linum usitatissimum L.) – Kanada, Kolumbiya, ABŞ;

10. Qarğıdalı (Zea mays L.) – Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Afrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tailand, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;

11. Gavalı (Prunus domestica) – ABŞ;

12. Raps (Brassica rapa) – Kanada;

13 Düyü (Oryza sativa L.) – Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;

14. Qızıl gül (Rosa hybrida) – Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;

15. Saflor (Carthamus tinctorius L.) – Avstraliya;

16. Soya (Glycine max L.) – Argentina, Avstraliya, Boliviya, Braziliya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Aİ, Hindistan, İndoneziya, İran, Meksika, Yaponiya, Malayziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;

17. Balqabaq (Cucurbita pepo) – Kanada, ABŞ;

18. Şəkər çuğunduru (Beta vulgaris) – Avstraliya, Kanada, Çin, Kolumbiya, Aİ, Yaponiya, Meksika, Yeni Zelandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ;

19. Şəkər qamışı (Saccharum sp) – Braziliya, Kanada, İndoneziya, ABŞ;

20. Şirin bibər (Capsicum annuum) – Çin;

21. Tütün (Nicotiana tabacum L.) – Aİ, ABŞ;

22. Yumşaq buğda (Triticum aestivum) – Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ;

23. Kanola (Brassica napus) – Avstraliya, Kanada, Çili, Çin, Aİ, Malayziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Tayvan, ABŞ;

24. Qərənfil (Dianthus caryophyllus) – Avstraliya, Kolumbiya, Aİ, Yaponiya, Malayziya, Norveç;

25. Adi kasnı (Cichorium intybus) – ABŞ;

26. Sürünən tarlaotu (Agrostis stolonifera) – ABŞ;

27. Evkalipt (Eucalyptus sp.) – Braziliya;

28. Papaya (Carica papaya) – Kanada, Çin, Yaponiya, ABŞ;

29. Petunya (Petunia hybrida) – Çin;

30. Qovaq (Populus sp.) – Çin.


Ümumdünya Səhiyyə Təşkilatı (WHO) geni modifikasiya olunmuş (GMO) bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə əlaqədar bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə sağlamlığa yönəlmiş heç bir təsiri aşkar olunmayıb. XEBERLE.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev bildirib. O qeyd […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar