• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
“Təfəkkür” Universiteti DSMF-ni məhkəməyə verdi

Fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsini məhkəməyə verib.

Xeberle.info -nun Oxu.az-a istinadən xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 1 yanvar 2012-ci ildən 1 oktyabr 2018-ci ilin üçüncü rübü də daxil olmaqla, təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı mümkünsüz sayaraq qərardad çıxarıb. 

Həmin qərardaddan narazı qalan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabrın 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

Məlumata görə, göstərilənləri, habelə universitetin beş illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.


Fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsini məhkəməyə verib. Xeberle.info -nun Oxu.az-a istinadən xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 1 yanvar 2012-ci ildən 1 oktyabr 2018-ci ilin üçüncü rübü də daxil olmaqla, təqdim edilmiş dəqiqləşdirilmiş […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar