• Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
  • Çayıma dərman atıb, mənə təcavüz etdi”
    Çayıma dərman atıb, mənə təcavüz etdi”
  • Meksikada şəhər merini maşına bağlayıb küçələrdə sürüdülər – VİDEO
    Meksikada şəhər merini maşına bağlayıb küçələrdə s
Ana oğlunu məhkəməyə verdi – MÜLK DAVASI

Azərbaycanda ana övladını məhkəməyə versə də, məhkəmə ədaləti bərpa edib.

XEBERLE.İNFO  məlumat verir ki, tərəflərdən biri – Kamil İsmayılovun verdiyi xəbərə görə, tərəflər arasında Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 12 A saylı evin mülkiyyət hüququ üzrə mübahisə yaranıb.

Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2007-ci il tarixli qətnaməsinə əsasən, evin alıcısı qismində İsmayılov Kamil Ənvər oğlunun tanınması və evin onun mülkiyyətinə verilməsi, həmin mənzil üzərində İsmayılova Gülbəniz Rəsul qızının və İsmayılov Ənvər Kamil oğlunun mülkiyyət hüquqlarına xitam verilməsi qərara alınıb.

Lakin həmin qətnamədən cavabdeh G.İsmayılova tərəfindən verilmiş apellyasiya şikayəti 11 il sonra – 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında iddiaçı K.İsmayılov izahatında göstərib ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra anası, yəni cavabdeh G.İsmayılova tərəfindən apellyasiya şikayətinin verilməsi qanunsuzdur.

Halbuki qətnamə çıxarılarkən anası və atası Ənvər İsmayılov qətnamə ilə razılaşıblar. Məhkəmə qətnamə qəbzinə imza edilməklə, K.İsmayılovun anası tərəfindən qəbul edilib. Lakin bu barədə xəbərnamə, qəbz iş materiallarından çıxarılaraq mülki iş yenidən siyahıya alınıb və siyahıda həmin qətnamə göstərilməyib.

Sonra məhkəmə hesab edib ki, şikayət geri qaytarılmalıdır. Çünki Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər.

Eyni zamanda, məhkəmə bu qənaətə gəlib ki, G.İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il tarixində təkrarən alıb. Bu hal da apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz.

İş materiallarının qətnamənin alınmasına dair poçt xəbərnamələrinin sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118 nömrəli səhifə çıxarılıb.

Məhkəmə qərar çıxardıqdan sonra G.İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə iyulun 16-da baxılacaq.


Azərbaycanda ana övladını məhkəməyə versə də, məhkəmə ədaləti bərpa edib. XEBERLE.İNFO  məlumat verir ki, tərəflərdən biri – Kamil İsmayılovun verdiyi xəbərə görə, tərəflər arasında Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 12 A saylı evin mülkiyyət hüququ üzrə mübahisə yaranıb. Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2007-ci il tarixli qətnaməsinə əsasən, evin alıcısı qismində İsmayılov Kamil Ənvər oğlunun […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar