• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
Saxta 100 manatlıqlar peyda olub: diqqətli olun… -VİDEO
Azərbaycanda

Azərbaycanda saxta 100 manatlıqlar peyda olub:diqqətli olun... -VİDEO

Dövriyyədə saxta 100 manatlıq əsginaslar dolaşır.

XEBERLE.İNFO xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilir ki, saxta pullar əslindən çox çətin fərqlənir. Sadəcə, saxta pulu işığa tutarkən xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Bu pulun saxta olması daha çox xüsusi aparatda açıq-aşkar bilinir.

Qeyd edək ki, 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub:

Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.

Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.

Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.

Ultrabənövşəyi işıq altında 100 manatlıq əsginas aşağıdakı kimi görünür:

Əsginasın əks tərəfində, orta hissədə adi gözlə metal sapın üzərində “manat” yazısını görmək olar. Əsginasa müxtəlif bucaqlardan baxdıqda sağ tərəfdə iki xətt – bənövşəyi və yasəmən rəngli xətlər görmək mümkündür.

Bundan başqa, xəritədə mikromətn, xəritənin yanında və əsginasın sağ tərəfində isə xüsusi təsvir əks olunub.

100 manat nominallı əsginasın əks tərəfini ultrabənövşəyi işıqda aşağıdakı kimi görmək olar:

III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.

100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.

 


Azərbaycanda Dövriyyədə saxta 100 manatlıq əsginaslar dolaşır. XEBERLE.İNFO xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, saxta pullar əslindən çox çətin fərqlənir. Sadəcə, saxta pulu işığa tutarkən xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Bu pulun saxta olması daha çox xüsusi aparatda açıq-aşkar bilinir. Qeyd edək ki, 100 manat nominallı əsginasın […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar