• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
ETİBAR PİRVERDİYEVİN BAYRAQ Maxinasiyası- Meydan rəhbərinə 1,5 milyonluq ittiham — Polis araşdırmaya başladı

Daha əvvəl keçmiş Milli Təhlükəzilik naziri Eldar Mahmudovun ətrafında yaranmış qalmaqalda adı hallanan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova yeni cinayət işi açıla bilər. Belə ki, R.Məmmədovla bağlı Baş Prokurorluğa 1,5 milyon manatlıq şikayət daxil olub.

Xeberle.info
 xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şikayətçilər Bakı sakinləri – 48 yaşlı Şahin Hüseynov, 49 yaşlı Nazim Şıxəliyev və 51 yaşlı Sumqayıt sakini Sahib Musayevdir. Onlar bildiriblər ki, R.Məmmədovun şirkətinə işə düzəliblər. İşçilər Bayıl qəsəbəsi ərazisindəki tikintidə çalışıblar. Lakin onların maaşı verilməyib. Şikayətçilər iddia edirlər ki, R.Məmmədov onlara 1 milyon 587 min manat ödəməlidir.

Prokurorluq təhqiqat üçün materialları Səbayıl Rayon Polis İdarəsinə göndərib. Faktla bağlı heç kim saxlanılmayıb.

Qeyd edək ki, “Azimport” şirkətinin keçmiş rəhbəri R.Məmmədov 2015-ci ilin mayında VİB MMC-nin sahibi, biznesmen Zabil Salmanovun şikayəti əsasında saxlanılıb. Z.Salmanov sonradan R.Məmmədovun işi üzrə sensasiyalı etiraf edərək bəyan edib ki, onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinə qarşı ifadə verməyə məcbur ediblər.

O qeyd edib ki, R.Məmmədova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitlərinin təzyiqi ilə böhtan atıb. Bununla da R.Məmmədov Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi (külli miqdarda zərər yetirməklə dələduzluq) ilə müqəssir bilinib.  

R.Məmmədov 2016-cı ilin iyununda azadlığa çıxıb.

Bu arada, işçilər əvvəllər də “Azimport” şirkətindən şikayət ediblər. Şirkət onları aldadaraq vəd edilmiş əməkhaqlarını verməyib. Bu şirkətin işçiləri bir neçə ay ərzində pul almayıblar. Bununla əlaqədar 2016-cı ildə 500-ə yaxın işçi dövlət başçısına şikayətlə müraciət edib.

onu da xüsusilə qeyd edək ki, Bayraq meydanının tikintisindən öncə Hərbi dəniz donanması bu ərazidən köçürülməsi məqsədilə aparılan söküntü zamanı Donanma motroslarının səhər yeyərkən sabiq Azərenerji başqanı Etibar Pirverdiyev motros heyətinə açıq-aşkar kobudluq nümayiş etdirdi. Yeməkxana növbətçisi- gizirin həmin vaxt Etibar bəyə motros heyətinin səhər yeməyi bildirişinə baxmayaraq Cənab Pirverdiyev  söküntüyə cəlb olunan Azenco Asc-nin buldozer texnikası sürücüsünə yüksək səslə : ” Dedim dağıt!” komandasını verir. Elə bu an,  bu qeyri-düzgün tapşırığı yerinə yetirmək məcburiyyətində qalan buldozerin sürücüsü  ekskovatorun polad təbəqəli çalovunu Yüzlərlə matrosun çörək yediyi Əsgər Yeməkxanasının mərkəzi hissəsindən dağıdıcı zərbə vurur. Zərbənin təsirindən Motroslar Yeməkxana binasının pəncərəsindən əllərindən çörək norması ilə özlərini 3 metrlik hündürlükdən tullanıb yıxıldılar. Bu mənzərə çox ürəkağrıdıcı görünürdü . Bu xoşagəlməz mənzərədən əsgərlərin yıxılmasına belə acımayan Etibar Pirverdiyev üzünü həmişə olduğu kimi acığlı şəkildə  onlardan çevirərək çıxıb getdi…

Əziz oxucular, İndi bir daha fikir verin, Azərbaycan bayrağını ilk olaraq gecə-gündüz növbələrlə keşik çəkərək  qoruyan əsgər heyətinə qarşı bucür hörmətsizlik edən bir şəxsdə necə millət, dövlət , vətən sevgisi ola bilər?


Daha əvvəl keçmiş Milli Təhlükəzilik naziri Eldar Mahmudovun ətrafında yaranmış qalmaqalda adı hallanan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova yeni cinayət işi açıla bilər. Belə ki, R.Məmmədovla bağlı Baş Prokurorluğa 1,5 milyon manatlıq şikayət daxil olub. Xeberle.info  xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Şikayətçilər Bakı sakinləri – 48 […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar