• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
ÖLKƏMİZƏ narkotik gətirən İran vətəndaşı ələ keçdi – VİDEO
ÖLKƏMİZƏ narkotik gətirən İran vətəndaşı ələ keçdi – VİDEO
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Komitədən verilən xəbərə görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi...
23 June 2019 19:14
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

Komitədən verilən xəbərə görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Nəcəfov Pərviz Nəcəf oğlu sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.

Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilen bağlamalarda qablaşdırılmış spesifik qoxuya malik, cəmi çəkisi 4188 qram narkotik vasitə – tiryək aşkar edilərək götürülüb.

Nəcəfov Pərviz Nəcəf oğlunun 4188 qram narkotik vasitə olan tiryəki İran İslam Respublikası vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin vətəndaşın şəxsiyyəti dəqiqləşdirilərək Masrour Kamran Seifollah oğlu olduğu müəyyən edilib. Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Masrour Kamran Seifollah oğlu Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə, ölkə ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb və Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılaraq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərh üçün bağlıdı..