• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU

Bir neçə gün öncə ATV kanalının idman jurnalisti İlkin Xəlilovun U-21 milli komandamızın Lixtenşteynə uduzması barədə hazırladığı tənqidi sujet ona baha başa gəldi. Beləki, bu sujetə görə kanal rəhbərliyi təcrübəli jurnalistlə yolları ayırmağı planlaşdırır.

İlkin Xəlilov “Yeni Sabah”a açıqlamasında sözügedən sujetə görə AFFA tərəfinin cılız addıma əl atacağına inanmadığnı və əvvəllər də bu tipli sujetlər hazırladığını bildirib:

“Mənim telekanladan uzaqlaşmağıma AFFA-nın səbəb olduğuna inanmıram. İnanmıram ki, AFFA rəhbərliyi elə cılız addım atsın. Çünki mən onları dəfələrlə təndiq eləmişəm, birinci dəfə deyil. 20 ildir jurnalistəm, 17 ildir ATV-də işləyirəm. 17 ildə 70-80 dəfə tənqidi sujet vermişəm. Təkcə futbol haqqında yox, digər mövzular haqqında da olub. 

AFFA-dan şəxsən mənə zəng vurulmayıb. Şirkət rəhbərliyinə zəng vuranda mənə açıqlamırlar, ola bilsin, zəng edib etiraz bildiriblər. Amma konkret səbəb qoyulsun ki, “bu adam buna görə işdən çıxarılsın” buna inanmağım gəlmir. Elxan Məmmədovu nə qədər tənqid etsəm də, cılız işlərə getməyinə inanmıram. İşdən çıxarılmaq sadəcə,  şirkət rəhbərliyinin özünün təşəbbüsü olub”. 

Təcrübəli jurnalist ATV kanalınının sujetdən narazı qaldığını, guya burada təhqirsaçan ifadələr olduğunu və bu səbəbdən də onun haqqında uzaqlaşdırma qərarı verilə biləcəyini söyləyib:

“ATV rəhbərliyi sujetdən narazı qalıb. Nə qədər absurd olsa da, mən guya, həmin sujetdə AFFA-nı təhqir etmişəm, AFFA-ya qarşı haqsızlıq etmişəm, jurnalist peşəsindən suiistifadə etmişəm. Çox maraqlıdır ki, AFFA özü buna etiraz etmir, səsini çıxramır, amma ATV rəhbərliyi AFFA əvəzinə vəkillik edir.

Mən hazırda ATV-nin işçisiyəm. Sabah bu məsələ dəqiqləşəcək ki, mən qalıram, yoxsa yox”.( Demokrat.az)

 


Bir neçə gün öncə ATV kanalının idman jurnalisti İlkin Xəlilovun U-21 milli komandamızın Lixtenşteynə uduzması barədə hazırladığı tənqidi sujet ona baha başa gəldi. Beləki, bu sujetə görə kanal rəhbərliyi təcrübəli jurnalistlə yolları ayırmağı planlaşdırır. İlkin Xəlilov “Yeni Sabah”a açıqlamasında sözügedən sujetə görə AFFA tərəfinin cılız addıma əl atacağına inanmadığnı və əvvəllər də bu tipli sujetlər […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar