• Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyənlər Qarabağa baxsın
    Türkiyə prezidenti Ərdoğan: Qətliam görmək istəyən
  • Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
    Prezident İlham Əliyev Mayıl Əhmədovu təltif etdi
  • Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
OQTAY ŞİRƏLİYEV jurnalistə qarşı şikayət ərizəsini geri götürdü

Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə T. Kərimov məlumat yayıb. 

Bildirib ki, bu günə təyin olunan prosesdə elan olunub ki, O.Şirəliyev şikayətini geri götürüb. Buna görə də şikayət icraata qəbul edilməyib.

Xatırladaq ki, Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirərək, onkoloji xəstə olan anasından xəstəxanada rüşvət tələb olunduğunu, dərmanların verilmədiyini iddia edib. O, dərmanları almaq üçün üst paltarını soyunaraq satışa çıxardığını bildirib.

Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.

O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq, T.Kərimovun nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.

Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi

Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.(Report)

 


Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib. Demokrat.az xəbər verir ki, bu barədə T. Kərimov məlumat yayıb.  Bildirib ki, bu günə təyin olunan prosesdə elan olunub ki, O.Şirəliyev şikayətini geri götürüb. Buna görə də şikayət icraata qəbul edilməyib. Xatırladaq ki, Teymur Kərimov mayın 18-də […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar