• AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
    AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİL
  • 15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
    15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
  • Futbol üzrə millimiz uduzur…
    Futbol üzrə millimiz uduzur…
  • Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
    Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdə
  • Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yolları — VİDEO
    Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yoll
  • Bürclər bunu vəd – 4 iyun 
    Bürclər bunu vəd – 4 iyun 
  • Neymar seksual zorakılıqda ittiham olunacaq
    Neymar seksual zorakılıqda ittiham olunacaq
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah  Bakı Metropolitenində qeyd ediləcək
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah Bakı Me
  • Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-qapazla döydü — VİDEO
    Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-q
  • Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü – FOTO
    Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü 
Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
OSMANLI ADINI DOĞRULTMAYAN Osmanlılar ailəsi
Ceyhun Osmanlı

KEÇMİŞ DEPUTATIN “VURULMASI”NIN ŞOK SƏBƏBLƏRİ…

“Nurçu”larla əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən (!) Ceyhun Osmanlı daha bir şok yaşayıb.

Ceyhun Osmanlı
Ceyhun Osmanlı

Xeberle.info AnTV.az -a istinadən xəbər verir ki, C.Osmanlı Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsindən də azad olunub. Mənbə bildirir ki, keçmiş deputat may ayında Odlar Yurdundakı işindən öz ərizəsi əsasında azad olunsa da, burada başqa səbəblər var.

Əhməd Vəliyev
Əhməd Vəliyev

Məlumata əsasən, FƏTÖ üzvləri ilə əlaqədə ittiham olunaraq “vurulan” sabiq deputatın sonradan Odlar Yurduna prorektor vəzifəsinə gətirilməsi universitetin fəaliyyətində ciddi problemlər yaradıb. Belə ki, həmin tarixdən etibarən Odlar Yurdunu bitirmiş tələbələrin Türkiyənin ali təhsil ocaqlarında təhsilini davam etdirməsinə süni əngəllər olub. Hətta bir çox tələbələrə qarşı Türkiyənin müxtəlif üniversitetlərində sərt mövqe nümayiş etdirilib. Odlar Yurdu Universitetinin rəhbərliyi bütün bunların səbəblərini araşdırdıqda isə Azərbaycanda “nurçu”ların əsas simalarından biri kimi təqdim olunan C.Osmanlının bu universitetdə prorektor vəzifəsində çalışması faktı üzərində dayanılıb. Məlum olub ki, məhz bu məsələ bağlı Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) Odlar Yurdu universitetini özünün “qara siyahı”sına salıb. Bu baxımdan da Odlar Yurdundan gedən tələbələrə münasibətdə Türkiyə ali təhsil ocaqları və YÖK çox ehtiyatlı davranış sərgiləyib. Yəni Ceyhun Osmanlının FƏTÖ ilə əlaqələri əsas gətirilərək, onun prorektoru olduğu universitetdən gələn tələbələrin də “nurçu”larla bağlantıda olması ehtimalı hər zaman önə çəkilib.

Odlar Yurdundakı mənbə deyir ki, rektor Əhməd Vəliyev bu haqda məlumat əldə etdikdə, öncə Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıqlar apararaq, problemi həll etməyə çalışıb. Lakin bu mümkün olmadıqda, elə həmin gün keçmiş həmkarı, Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Ceyhun Osmanlını rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırıb. Ə.Vəliyev bununla Odlar Yurdu Universitetinin FƏTÖ terror təşkilatı ilə heç bir bağlantısının olmadığını nümayiş etdirməyə çalışıb.

P.S. Əslində bu fakt bir daha təsdiq edir ki, Azərbaycanda FƏTÖ ilə bağlantısı olan müəyyən şəxslər hələ də vəzifə başındadırlar. Görünür, qardaş Türkiyədə də bu məsələ çox diqqətlə izlənildiyindən C.Osmanlının Odlar Yurdu Universitetindəki fəaliyyəti cidd narahatçılıq doğurub…


OSMANLI ADINI DOĞRULTMAYAN Osmanlılar ailəsi Ceyhun Osmanlı KEÇMİŞ DEPUTATIN “VURULMASI”NIN ŞOK SƏBƏBLƏRİ… “Nurçu”larla əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən (!) Ceyhun Osmanlı daha bir şok yaşayıb. Ceyhun Osmanlı Xeberle.info AnTV.az -a istinadən xəbər verir ki, C.Osmanlı Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsindən də azad olunub. Mənbə bildirir ki, keçmiş deputat may […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar