• AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
    AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİL
  • 15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
    15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
  • Futbol üzrə millimiz uduzur…
    Futbol üzrə millimiz uduzur…
  • Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
    Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdə
  • Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yolları — VİDEO
    Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yoll
  • Bürclər bunu vəd – 4 iyun 
    Bürclər bunu vəd – 4 iyun 
  • Neymar seksual zorakılıqda ittiham olunacaq
    Neymar seksual zorakılıqda ittiham olunacaq
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah  Bakı Metropolitenində qeyd ediləcək
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah Bakı Me
  • Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-qapazla döydü — VİDEO
    Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-q
  • Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü – FOTO
    Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü 
Elina Hacıyevanın ölümü ilə bağlı  Baş Prokurorluq AÇIQLAMA YAYDI
Elina Hacıyevanın ölümü ilə bağlı  Baş Prokurorluq AÇIQLAMA YAYDI
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət...
30 May 2019 20:14
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

 

Baş Prokurorluqdan verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilmiş, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilmiş, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.

 

Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilmiş, müvafiq sorğular verilib. 

 

E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.

 

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq.  

 

 

Şərh üçün bağlıdı..