• AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
    AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİL
  • 15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
    15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
  • Futbol üzrə millimiz uduzur…
    Futbol üzrə millimiz uduzur…
  • Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
    Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdə
  • Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yolları — VİDEO
    Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yoll
  • Bürclər bunu vəd – 4 iyun 
    Bürclər bunu vəd – 4 iyun 
  • Neymar seksual zorakılıqda ittiham olunacaq
    Neymar seksual zorakılıqda ittiham olunacaq
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah  Bakı Metropolitenində qeyd ediləcək
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah Bakı Me
  • Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-qapazla döydü — VİDEO
    Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-q
  • Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü – FOTO
    Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü 
Cümhuriyyət qurucularının xatirəsi qəlbimizdə yaşayır- İLHAM ƏLIYEV
Cümhuriyyət qurucularının xatirəsi qəlbimizdə yaşayır- İLHAM ƏLIYEV
  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda...
27 May 2019 18:24
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

“Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. 

Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görüblər”, – deyə prezident İlham Əliyev qeyd edib. 

Dövlət başçısı bildirib ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilib:

“Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad edib. Bakı Dövlət Universiteti yaradılıb. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunub. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilib.

Yəni bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görüblər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır.

Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib”.

Şərh üçün bağlıdı..