• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
Prezident İlham Əliyev: Qarabağ problemi AXC-Müsavat rejiminin acı mirasıdır

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. 

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

“Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib”, – deyə dövlət başçısı bildirib. 

İlham Əliyev qeyd edib ki, son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb:

“Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilib. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. 

Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa, görər ki, Azərbaycan işğala məruz qalan ölkədir”.


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır.  Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib. “Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib”, – deyə dövlət başçısı […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar