• AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
    AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİL
  • 15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
    15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
  • Futbol üzrə millimiz uduzur…
    Futbol üzrə millimiz uduzur…
  • Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
    Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdə
  • Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yolları — VİDEO
    Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yoll
  • Bürclər bunu vəd – 4 iyun 
    Bürclər bunu vəd – 4 iyun 
  • Neymar seksual zorakılıqda ittiham olunacaq
    Neymar seksual zorakılıqda ittiham olunacaq
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah  Bakı Metropolitenində qeyd ediləcək
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah Bakı Me
  • Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-qapazla döydü — VİDEO
    Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-q
  • Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü – FOTO
    Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü 
Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
  Rusiyanın Birinci kanalının “Eksklüziv” verilişi Müslüm Maqomayevə həsr edilib. Xeberle.info Azərtac-a istinadən xəbər verir ki, verilişin aparicisi Dmitri Borisov dahi müğənninin hazırda ABŞ-da yaşayan qızı Marina Maqomayevanın evində olub. Marina...
20 May 2019 17:22
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

 

Sinyavskaya: Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi

Rusiyanın Birinci kanalının “Eksklüziv” verilişi Müslüm Maqomayevə həsr edilib.

Xeberle.info Azərtac-a istinadən xəbər verir ki, verilişin aparicisi Dmitri Borisov dahi müğənninin hazırda ABŞ-da yaşayan qızı Marina Maqomayevanın evində olub. Marina Maqomayeva atası, Tamara Sinyavskaya ilə münasibətlərindən danışıb. O deyib ki, həyat yoldaşı, musiqiçi Aleksandr Kozlovski ilə ailə həyatı qurandan sonra ABŞ-a köçüb. “Amerikaya köçmək barədə heç zaman düşünmürdüm. Mənim üçün Bakıda yaşamaq yaxşı idi”, deyən M.Maqomayeva vurğulayıb və əlavə edib ki, özü də anası da Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya ilə hər zaman yaxşı münasibtələrdə olublar: “Anamla Tamara indi də ünsiyyətdədirlər, bir birinə hər zaman salam göndərirlər. Biz dəfələrlə Tamaranı ABŞ-dakı evimizə qonaq çağırmışıq, lakin o, səhhəti ilə əlaqədar gələ bilmir”.

Verilişdə Tamara Sinyavskaya Müslüm Maqomayevlə tanışlıqlarının tarixçəsindən danışıb. Qeyd edib ki, onların toyunu Azərbaycanın ümummilli lideri Heydər Əliyev Bakıda təşkil edib: “Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.

Şərh üçün bağlıdı..