•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

Həmçinin nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparıblar.

17:17

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Jan-İv Le Drian ilə görüşüb.

Bununla bağlı məlumat fransalı nazirin sosial şəbəkə hesabında yayımlanıb

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, iki ölkə arasında iqtisadiyyat, təhsil və regional təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər. Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar