• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
Şou-biznesdə “Elit star” ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova deputat olmaq istəyir.  Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Cəmilə  açıqlamasında təsdiqləyib. Müğənni deputatlıq üçün tam hazır olduğunu dilə gətirib. “Əslində, deputat olmağa çoxdan...
17 May 2019 17:15
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Şou-biznesdə “Elit star” ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova deputat olmaq istəyir. 

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Cəmilə  açıqlamasında təsdiqləyib.

Müğənni deputatlıq üçün tam hazır olduğunu dilə gətirib.

“Əslində, deputat olmağa çoxdan qərar vermişəm. Sadəcə, bəlli bir yaşa çatmağı gözləyirdim. 30, 40, 50 yaşda insan mükəmməl olmur. Düşünürəm ki, 60 yaş deputat olmağa uyğundur”.

Cəmilə deputat olduqdan sonra islahatlar aparmaq istədiyini, bunun hansı sahəni əhatə edəcəyini də açıqlayıb:

“İslahatlar sırf şou-bizneslə bağlıdır. İnsanların maddi rifahının yüksəldilməsi, yeni iş yerlərinin açılması kimi məsələlər Prezidentin səlahiyyətləri çərçivəsindədir.

Bizim çox gözəl və istedadlı gənclərimiz var. Onlar üçün məktəblər açılmalıdır. Onlara dəstək olmaq lazımdır. Təəssüf ki, istedadlı gənclərə dəstək mərkəzləri yoxdur. Azərbaycanda gənc və istedadlı insanların sayı-hesabı yoxdur. Onları Biləcəridən çıxadıb, xaricə göndərmək lazımdır.

Bunları həyata keçirmək çox çətin məsələdir. Sizə asan gəlməsin. Əgər deyirəmsə, deməli, bu işin öhdəsindən gələcəyəm. İş potensialım var. Dünyanı gəzib-dolaşan sənətçiyəm. Mən bu işə diasporları da cəlb edəcəyəm ki, onların köməyi, yardımı olsun. Elə-belə Milli Məclisdə oturmaq istəmirəm”.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin payızında Milli Məclisə seçkilər keçiriləcək. Parlament seçkilərində özünü sınamaq istəyənlər arasında şou-biznes nümayəndələri də var. 

Şərh üçün bağlıdı..