•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
 Bizi ağac kəsənlərlə əlbirlikdə ittiham edirlər-ETSN sözçüsü İradə İbrahimova

Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə nazirliyi ittiham edirlər.

Xeberle.info-nun məlumatına görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini  haqsız olaraq, ağac kəsənlərlə əlbir olmaqda ittiham edir:

“ETSN ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışır. Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. ETSN ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq.

Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Nədə əlbirik? Bu heç bir məntiqə sığmır, hansı həkim öz xəstəsinin ölümündə maraqlı olar?

Biz sağlam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha əminliklə bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır”.

İradə İbrahimova qeyd edib ki, yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz  hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır:

“Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də reaksiya göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır”.


Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə nazirliyi ittiham edirlər. Xeberle.info-nun məlumatına görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini  haqsız olaraq, ağac kəsənlərlə əlbir olmaqda ittiham edir: “ETSN ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışır. Ancaq […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar