•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
BÖYÜK VƏTƏN Müharibəsi veteranlarına avtomobillər təqdim olundu – FOTO

 Mayın 9-da – faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində iki nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, Azərbaycan Vətən Müharibəsinin iki veteranına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş üç nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicəsi təşkil edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 1 nəfərə minik avtomobili təqdim olunub.

V. Talıbov isə sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısının göstərildiyi bildirib. Qeyd edib ki, müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir.

Sonra Naxçıvan Ali Məclisinin sədri avtomobillərin açarlarını təqdim edib.


 Mayın 9-da – faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində iki nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, Azərbaycan Vətən Müharibəsinin iki veteranına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş üç nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar