• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
175 saylı orta məktəb Elina faciəsinin astanasında- get özünü at…
175 saylı orta məktəb Elina faciəsinin astanasında- get özünü at…
Belə bir iddia ilə bağlı AFN-ə məlumat verən mənbə bildirib ki, bir neçə gün əvvəl həmin məktəbdə böyük qalmaqal yaşanıb.  Belə ki, 8-ci sinif şagirdi (adları açıqlanmır-red.) olan oğlanlar sinifə...
7 May 2019 17:52
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Belə bir iddia ilə bağlı AFN-ə məlumat verən mənbə bildirib ki, bir neçə gün əvvəl həmin məktəbdə böyük qalmaqal yaşanıb. 

Belə ki, 8-ci sinif şagirdi (adları açıqlanmır-red.) olan oğlanlar sinifə spirtli içki və prezervativ gətiriblər: “Oğlanlardan biri içkidən içib prezervativi qızlara göstərib. Bir nəfər qızı isə ağır formada təhqir edib, “sən əxlaqsızsan, get Elina kimi özünü pəncərədən at öldür” deyib. 

Söhbət valideynlərə çatıb və valideynlər məktəbə gələrək bir-biri ilə dava ediblər. Davada 4 valideyn iştirak edib. Məsələ hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb, hazırda iş məhkəmədədir. Hadisədən sonra direktor Tural Mirzəliyev həmin sinif otağına videokamera qoydurub”.

Mənbəmiz iddia edir ki, hadisə ilə bağlı məlumat Təhsil Nazirliyinə də məlumdur: “Nazilikdən bununla bağlı məktəbə xüsusi komissiya göndərilib, araşdırma aparılıb”.

Daxil olan məlumatla bağlı T.Mirzəliyevin mövqeyini də öyrəndik. Xəbərin tamamilə yanlış olduğunu deyən direktor AFN-i ona qarşı qərəzli olmaqda da suçladı. “Sizin saytınızın, özünüzün və rəhbərliyinizin mənə qarşı qeyri-obyektiv olduğunu bilirəm və bu xəbəri də yazsanız təəccüblənmərəm” deyən direktor bizim əvvəlki qalmaqallarda onun mövqeyini vermədiyimizi iddia etdi. Lakin hörmətli Tural Mirzəliyevin diqqətinə çatdırdıq və bir daha bəyan edirik ki, məlum olaylarla bağlı (söhbət aktyor Rza Rzayevlə aralarındakı qalmaqaldan gedir-red.) AFN-də yalnız sayta daxil olan məlumatlar yerləşdirilib. 

T.Mirzəliyevdən hər hansı mövqe yazısı, təkzib yaxud təsdiq tipli heç bir açıqlama saytımıza daxil olmayıb. 175 saylı məktəblə bağlı yayılmış digər qalmaqallı bir xəbər haqda isə rəhbərliyin mövqeyini əks etdirən geniş videomaterial saytımızda dərc edilib. 

Qeyd edək ki, həmin vaxtlar T.Mirzəliyev bizi məktəbə dəvət edərək mövqeyini bildirmək istəyib, lakin redaksiya rəhbərliyi buna lüzum görməyib. Əvəzində yuxarıda da bildirdiyimiz kimi, onun mövqeyini əks etdirən geniş material saytımızda dərc edilib. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini almağa çalışacağıq. 

mənbə-Analoq.az

Şərh üçün bağlıdı..