• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
ANS-in fəaliyyətinin bərpası müzakirə predmeti deyil- Baş Prokurorluq
ANS-in fəaliyyətinin bərpası müzakirə predmeti deyil- Baş Prokurorluq
Respublika Baş Prokurorluğu “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacağı barədə məlumatlara aydınlıq gətirib. Baş Prokurorluqdan məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti”...
6 May 2019 16:55
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Respublika Baş Prokurorluğu “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacağı barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluqdan məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.

“Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək  şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın)  qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.

Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət  əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyəti 18 iyul 2016-cı ildə dayandırılıb.

29 iyul 2016-cı il tarixində keçirilən məhkəmə ilə ANS-in lisenziyası ləğv edilib.

Şərh üçün bağlıdı..