•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
ÖLKƏMİZ bu layihədən 40 milyard qazanacaq
  • 1 May 2019 19:13
Azərbaycan bu layihədən 40 milyard qazanacaq

Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi təxminən 40 mlrd. ABŞ dolları təşkil edəcək.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

“İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin təxminən 40 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır”-, Ş.Mövsümov deyib.

ARDNF-in icraçı direktoru qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaz bazarları ilə dünyanın ən böyük qaz yataqlarından biri arasında birbaşa əlaqə qurulmasına xidmət edəcək. “Əsas qaz ixracatçılarının Azərbaycan, Türkmənistan və İraq olması gözlənilir. Gələcəkdə İran və Misir də bu kəmərə qoşula bilər. Əsas tranzit ölkəsi kimi Türkiyə nəzərdə tutulur, digər tranzit xətləri isə Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcək. Cənub Qaz Dəhlizi ilə bağlı mühüm faktor ondan ibarətdir ki, bu layihə sürətlə reallaşır və şübhəsiz ki, 2020-ci ildən etibarən layihə Cənub və Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişəcək. Bütün bu amillər göstərir ki, Azərbaycan təkcə neft deyil, həm də qazın əsas ixracatçısına və bununla da regionda enerji təhlükəsizliyinin təminatçısına çevriləcək. Layihə Azərbaycan üçün əlavə iqtisadi və maliyyə imkanları yaradacaq və onilliklər ərzində ölkəmizi iqtisadi mənfəət və əlavə valyuta daxilolmaları ilə təmin edəcək”,-Ş.Mövsümov deyib.

Hazırki tarixə ARDNF tərəfindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 1,2 mlrd.ABŞ dolları, korporativ qiymətli kağızlarının əldə edilməsinə isə 2,5 mlrd. ABŞ dolları həcmində vəsait yönəldilib. “Layihənin maliyyələşdirilməsi hazırda beynəlxalq maliyyə institutları və ixrac kredit agentliklərinin sindikatlaşdırılmış kreditləri, habelə Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların emissiyası yolu ilə həyata keçirilir”,- ARDNF rəhbəri əlavə edib.

 


1 May 2019 19:13 Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi təxminən 40 mlrd. ABŞ dolları təşkil edəcək. Bu barədə “Report”a eksklüziv müsahibəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. “İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar