•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
Mircəfər Bağırovun qaranlıq tərəfləri – ÜÇ FAKT
Mircəfər Bağırovun qaranlıq tərəfləri – ÜÇ FAKT
Mircəfər Bağırov. Nəinki ədəbiyyat nümunələrindən, bədii əsərlərdən, hətta el arasında “Mirqəzəb”, “Mircəllad”  ləqəbi ilə tanınan və 1933-cü ildən 1953-cü illərə kimi Azərbaycana, kommunistlərə rəhbərlik edən edən məşhur sima. Bu baxımdan, bu...
30 April 2019 07:38
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Mircəfər Bağırov.

Nəinki ədəbiyyat nümunələrindən, bədii əsərlərdən, hətta el arasında “Mirqəzəb”, “Mircəllad”  ləqəbi ilə tanınan və 1933-cü ildən 1953-cü illərə kimi Azərbaycana, kommunistlərə rəhbərlik edən edən məşhur sima.

Bu baxımdan, bu ad çoxlarına yəqin ki, çox şey deyir.

Gənc nəslin olmasa da, orta və yaşlı nəslin nümayəndələri bu adı çox eşidib, çox duyub, hətta onunla eyni dövrü yaşayanlar da az deyil.

Belələri cəmiyyətimizdə indi də kifayət qədərdir.

Stalinin ən yaxın silahdaşlarından, ağır seyid nəslindən olmasına baxmayaraq, “Allahsızlar” partiyasının (Kommunist Partiyası bir zamanlar həm də belə assosiasiya olunurdu – K.H.) üzvü -qatı kommunist olan və Stalin-Beriya-Mikoyan respressiyasının (1937-38-ci illər) Azərbaycandakı əsas icraçılarından biri kimi tanınan bu şəxsə Azərbaycan cəmiyyətində nə o zamanlar, nə də indi birmənalı münasibət hökm sürüb.

Onu təqdir edənlər də olub və var, tənqid edənlər də, hətta ölümünə belə sevinənlər də olub və var.

Ancaq bu gün Mircəfər Bağırovla birbaşa bağlı olan üç faktı olduğu kimi təqdim etməklə, hökm verməyi hörmətli oxucuların, izləyicilərin öhdəsinə, mühakiməsinə buraxırıq:

Birinci fakt:

– Bir gün Mircəfər Bağırov keçmiş Qasım İsmayılov (indiki Goranboy – K.H.) rayonuna səfər edir. Rayon rəhbərliyi, yerli ictimaiyyətlə görüşən Bağırov məşhur pambıq ustası, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olan Bəsti Bağırovanın dəvəti ilə onun evinə günorta naharına gedir.

Nahar süfrəsi arxasında isə Bağırov, Qasım İsmayılovun keçmiş birinci katibi, Bəsti xanım və onun sürücüsü işləyən həyat yoldaşı əyləşir.

Bəsti xanım qonaqlara özü qulluq edir və yeməyi öncə həyat yoldaşına, sonra Bağırova, birinci katibə və sonda özünə çəkir.

Nahar bitib, sağollaşma zamanı Bağırov Bəst Bağırovaya beləcə də deyir:

“Bayaqdan fikir verirdim.

Əgər birinci həyat yoldaşınıza deyil, mənə və birinci katibə yemək çəksəydiniz, adınıza, şöhrətinizə fikir verməyəcəkdim, sizi şəxsən özüm güllələyəcəkdim.

Amma etmədiniz, sizə halal olsun. Həm də bizə yaxşı dərs verdiniz”.

İkinci fakt:

– Bağırov yenə bir gün, təsərrüfat işlərinin, yay mövsümünün ən qızğın çağında Qasım İsmayılov rayonuna, rayonun, eləcə də, respublikanın ən böyük yaşayış məntəqələrindən olan Qızılhacılı kəndinə (qəsəbəsinə) gedir…

Kənd böyük olduğu üçün iki təsərrüfata-kolxoza bölünür, birinə Qara Məmməd, birinə Böyük Məmməd rəhbərlik edir.

Gəlib görür ki, yayın qızmar istisində kənd sakinləri, xüsusilə, qadınlar kəndə çəkilən arxı işləyirlər, hamı da qan-tər içində.

Bunu görən kimi Bağırov qəzəblənir, hər iki kolxoz sədrini yanına çağırır və qəzəbli şəkildə soruşur:

“Bu qadınların içərisində sizin də həyat yoldaşlarınız var?”.

Hər iki şəxsin rəngi qaçır, qorxudan tir-tir əsir və güclə “xeyr” cavabı verirlər.

“Əgər həyat yoldaşlarınız burda yoxdursa, niyə başqalarının xanımını burada işlədirsiniz?!

Sizə kim bu haqqı verib?

Əgər xidmətləriniz olmasaydı, sizi tanımasaydım, dərhal yeindəcə güllələyəckdim”, – deyir və qəzəbli şəkildə maşınına minib gedir…

Üçüncü fakt (qeyd edim ki, bunu mənə düz 18 il öncə tanınmış dövlət-partiya xadimi, mərhum Kamran Hüseynov nəql etmişdi):

– Mingəçevir şəhərinin yeni salınan vaxtları imiş.

Şəhərin salınması, tikinti işlərinə, xüsusilə də, ən ağır işlərə əsir götürülmüş almanlar cəlb olunubmuş və vəziyyət elə bir həddə çatıbmış ki, məsələ BMT səviyyəsinə gedib çıxıbmış.

Bunu eşidən Bağırov deyilənlərin yalan, yoxsa gerçək olduğunu öz gözləri ilə görmək üçün heç kimə xəbər etmədən təcili Mingəçevir şəhərinə gedir və vəziyyətin deyildiyindən də ağır olduğunu görür.

Əsəbi və qəzəbli şəkildə “Bunu kimlər edib, kimlər nə haqla belə bir özbaşınalığa yol verib? Onlara güzəşt olmayacaq, hər biri layiqli cəzasını alacaq”, – deyir və oranı tərk edir…

Və məsələ bir andaca çözülür, alman əsirlərin işgəncəsinə, onların günün ən qızmar çağlarında zorla işlədilməsinə, istismarına son qoyulur.

Şərh üçün bağlıdı..