•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
Min manat birdəfəlik maddi yardım  kimlərə  veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncama uyğun olaraq, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırığı verilib.


Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.   Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar