•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
 Lənkəranda Güclü yağış uçqunlar törətdi- FOTO Hadisə
Güclü yağış Lənkəranda uçquna səbəb oldu - FOTOYağıntılı hava şəraiti Lənkəranın dağ kəndlərinə gedən yollarda uçqunlara səbəb olub.

Xeberle.info xəbər verir ki, son bir neçə gündə aramsız yağan leysan xarakterli yağışlardan sonra Lənkəran rayonunun 3 kəndinə aparan yolda uçqunlar yaranıb. Problemlər 22 km-lik Hirkan-Daşdatük-Biləsər yolunun son 6 km-də Xanbulan, Daşdatük və Biləsər kəndlərinə gedən hissəsində yaranıb.

Sakinlərin bildirdiyinə görə, yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə yol 1 metr yarım eninə, 10-15 metr uzunluqda yarğanlar yaranıb.

Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyuçu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. Bu da istənilən anda yeni uçqunları qaçılmaz edir.

Dağ massivindən aşağı axan sel suları əsasən yolun su ötürücüləri keçən hissəsində dağıntılar yaradıb. Yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Qeyd edək ki,təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.


Yağıntılı hava şəraiti Lənkəranın dağ kəndlərinə gedən yollarda uçqunlara səbəb olub. Xeberle.info xəbər verir ki, son bir neçə gündə aramsız yağan leysan xarakterli yağışlardan sonra Lənkəran rayonunun 3 kəndinə aparan yolda uçqunlar yaranıb. Problemlər 22 km-lik Hirkan-Daşdatük-Biləsər yolunun son 6 km-də Xanbulan, Daşdatük və Biləsər kəndlərinə gedən hissəsində yaranıb. Sakinlərin bildirdiyinə görə, yolboyu bir neçə yerdə […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar